| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Nəyi qoruyacam? Vətən kimindirsə, qoy onlar qorusun…” - Baş redaktor
Tarix 15.09.19, 22:23 |
|
AzFakt.com şair, jurnalist Zahir Əzəmətin BakuPost-a müsahibəsini təqdim edir:
- Zahir bəy, özünüz yaxşısız, şükür, saytlarınızın vəziyyəti necədir, kef-halları yaxşıdırmı?
- Zahirən çox yaxşıdır, girişləri çoxdur, ölkənin aparıcı media qurumlarıdır, fasiləsiz çalışırlar. Amma daxilən vəziyyət başqadır, ölkənin bütün media qruplarından fərqli olaraq biz, daxili imkanlarla öz ayaqlarımız üzərində dayanırıq. Daxili imkan deyəndə, büdcəmiz reklam, biznes layihələrimiz hesabına formalaşır. Mənim bir çox biznes startaplarım var. Məsələn, Azərbaycan internet məkanında rəqəmsal reklam platforması olan Adsgarden.com-un əsas ortaqlarından biriyəm, əksər saytlar reklamı bizim platforma üzərindən alır. Başqa layihələrimiz də var. Kiçik kollektivlə çalışırıq.
- Gələndə yan otaqdan sizi soruşdum, otaqda bütün işçilər qız idi. Oğlanlarla işləmirsiz?
- Növbəti otağa keçsəydiniz hamısı oğlanlar idi. Müxbirlərimiz daha çox qızlardır. Bu, bilərəkdən olmayıb. İdman saytlarımızın işçiləri isə əksərən oğlanlardır. Saytların yığılması, dizayn edilməsini işlərini görən digər startapın işçiləri də oğlanlardır. Bizim maddi imkanlarımız elə də çox olmadığına görə yüksək maaşlar verə bilmirik. Gəncləri işə götürüb özlərini jurnalistikada tapmağa kömək edirik. Ölkə mediasının əksəriyyətində bizim saytlarda təcrübə qazanmış insanlar çalışır. Onlarla dostluq münasibətlərimiz var. Harda çalışmaqlarından asılı olmayaraq, şad günlərini, ad günlərini keçirmək üçün bura gəlirlər. Biz bir ailəyik.
- Mətbuat bazarına tez-tez yeniliklər təklif edirsiniz, amma o yeniliklər sizin saytlarda öz əksini tapmır.
- Söhbət hansı təklifdən gedir, bilmirəm. Bəzi texnoloji yeniliklər edirik, saytlarımızda da müəyyən qaydaları gözləməyə çalışırıq. Məsələn, biz illərdir intihar, zorlanma, sıradan kriminal xəbərləri vermirik. Yəni böyük oxucu auditoriyamızı “çox oxunan xəbərlər”siz formalaşdırmışıq. Bunun özü də böyük işdir. Kimsə soyundusa onu niyə sayta verək? Cəmiyyətin başını qarışdırmağa hesablanmış xəbərlərdən uzağıq. Öz media siyasətimizi özümüz təyin edirik deyə sifarişlərlə çalışmırıq. Yəni cəmiyyətə faydalı olmayacaq bir şeydə iştirak etməməyə çalışırıq. Deyirlər ki, filan xəbərlər olmasa oxunma az olur. Amma biz sübut etdik ki, o xəbərləri vermədən də ölkənin ən çox oxunan saytlarından biri olmaq olar. Təbii ki, ifadə azadlığı ilə bağlı ölkədəki durumu da nəzərə alırıq. Media minalanmış sahəyə bənzəyir, orada gözübağlı gəzmək olmaz.
- Yəni, siyasətə qarışmırsız?
- Mən müxalifət əleyhinə kampaniyalar aparmıram, amma onların təbliği ilə də məşğul deyiləm. Media tərəfsiz olmalıdır. Biz siyasətçi deyilik.
- Camaat bir saytı ayaqda saxlaya bilmir, siz deyirsiniz ki, reklamla, internet biznesi ilə on saytı, bu qədər işçini saxlayıram.
- Siz bir adam göstərə bilərsiniz ki, filan saytda üç-beş il ardıcıl işləsin və gündə 20 saat çalışsın? Bizim bayaq dediyim reklam platforması nəinki bizə, ölkənin 200 saytına aylıq pul ödəyir. Dostlarla 6 il gecə-gündüz çalışıb bunu yaratdıq. Uşaqlarımın necə böyüdüyündən belə xəbər tutmadım. Mən qarışqa kimi çalışan adamam, restoran, kitabxana da işlətmişəm. Küçədə qəzet satdığım illər də olub. Mən problemlərdən qorxmayan, depressiyadan uzaq adamam. Təbii ki, əməkdaşlıq etdiyimiz şirkətlər, reklam aldığımız, tərəfdaşlıq etdiyimiz qurumlar var. Amma heç kim deyə bilməz ki, bizə kimsə sponsorluq edir. Demirəm ki, peyğəmbər övladıyam, mənim də çoxlu səhvlərim var.
- Bir ara saytı təhvil verib getmişdiz. Sonra nə oldu ki, qayıtdınız?
- Onda təzyiqlər var idi. Saytı başqasına verdim. Üç illik icarəyə verdik. Qıraqdan çox rahat görünür. Amma çox çətindir. Bir sayta, nə qədər sıxsan da, aylıq 5-10 min arası pul tələb olunur. Aylıq 40-50 min manat ayrılan saytlar var və onlar bizim 3 minlik büdcəylə etdiyimizi edə bilmirlər. Biz iynəylə dağı tərpədirik. Bəlkə də ölkənin ən böyük media qrupuyuq, amma indiyə qədər bunu dilə gətirmədik, başımızı aşağı salıb işimizi gördük.
- Sayt yaradıb müəyyən qədər fəaliyyət də edib sonra satırsınız. Bunu elan kimi də yazmışdız. Adama elə gəlir ki, domen monopoliyasına siz baxırsız.
- Mənim beş-altı dömenim var. Domen almaq elə çətin iş də deyil. Kim istəsə ala bilər. Mən proqramçı deyiləm, menecerəm. İşi idarə edirəm. Artıq iyirmi ildir ki, bu işin içindəyəm. Ölkədə ilk sayt açanlardan biriyəm. Kifayət qədər təcrübəm var. Dostlar, tanışlar sayt açmaq istəyəndə mənimlə məsləhətləşir. O qədər soruşdular, məsləhət aldılar, axırda fikirləşdim ki, bunu biznesə çevirim. Həm də bu 15 il ərzində iki dəfə domen satmışam, sayt yox. Mənim fəaliyyət sahəm çoxdur. Arı kimi min dənə çiçəyə qonmaq məcburiyyətindəyik ki, həm işimiz axsamasın, həm də evimizə bir tikə çörək aparaq.
- Son vaxtlar ölkədə açılan saytlara baxırsan ki, biraz fəaliyyət edən kimi kiminsə, nəyinsə əhatəsinə daxil olurlar, təsirinə düşürlər. Sizin qapınızı döyən olmayıb?
- Bu mənada bizim qapımız döyülməyib. Çünki mənim keçmişim var, tanıyırlar, bilirlər. Axı biz “baş üstə” janrında çalışan adamlar deyilik. Bizi bizdən yaxşı tanıyırlar. Mənə gəlib deyə bilməzsən ki, gözünü yum filankəsi vur. Burda da açıq deyirəm ki, mən bunu eləmərəm. Kimisə tənqid ediriksə, öz fikrimizdir.
- Bu yaxında elanınızı oxudum, 700 manat maaşla iqtisadi jurnalist axtarırdız, tapa bildiz?
- Bizdə iqtisadi jurnalist qıtlığı var. Mən imkanlarımdan iki qat artığını da yazdım, amma tapa bilmədim. Çünki onlar daha çox maaş istəyirlər və haqlıdılar da. Soruşa bilərsiz işçilərimdən, bizdə ən çox maaş 400 manatdır. Amma yüksək maaş da təklif etdim, tapa bilmədim iqtisadi jurnalist. Peşəkar iqtisadi jurnalist haqlı olaraq hesab edir ki, maaş azdır. Biz daha çox təcrübəsiz jurnalistləri işə götürürük. İşləyib təcrübə yığırlar və iki qat artıq maaşla başqa saytlara gedirlər. Məsələn, rəhmətlik Mövlud bizdə işlədi, yaxşı müsahibələr etdi, sonra gəldi dedi ki, filan yerdən yüksək maaşla dəvət edirlər, nə edim? Təbii ki, mən də gedib işləməsini tövsiyə etdim. Bizdə təcrübə yığan jurnalistlərə hər yerdə qapılar açıq olur.
- Siz həm də ədəbiyyat adamısız, şeirlərinizi oxumuşam. Yaradıcılıq nə yerdədir? Şeir yazırsız?
- Bəli, ədəbiyyat adamı idim. Xeyli uzaqlaşmışam. Yaradıcılıqla məşğul ola bilmirəm. Şeir halı bir başqa haldır. Bu qədər pul, qayğı düşünən adam yaradıcılığı necə düşünsün? Şairlik halı bir az da məsuliyyətlərdən uzaq olmaqdır. Bu qədər məsuliyyətin altında sən şeir yaza bilməzsən. Yəni bu Zahir Əzəmət o Zahir Əzəmət deyil, tamam başqa adamdır, menecerdir, qafam hazırda riyaziyyatla çalışır. Burada şeirə yer yoxdur.
- Şair Zahir Əzəmət olmaq istəyirsiz, yoxsa biznesmen Zahir Əzəmət? Hansı sizə daha rahatdır?
- Biznesmen deməzdim. Mənim borclarımı bilsən dəhşətə gələrsən. Bu, bir dəstəksiz adamın həyat uğrunda savaşı, mübarizəsidir. Kreditlərimi hesablasan bu dəqiqə 100 minə yaxın borcum var. Bu şəhərdə biznes qura bilərsən sən? Yalnız qarnını doyura bilərsən, vəssalam. Hə, qazanıram, ancaq strukturu saxlamağa yetir. İndi yay aylarıdır, idman saytlarımızın büdcəsi sıfıra düşdü. Reklamlar dayandı. Bir də gələn mövsüm başlayacaq. 4-5 ay ziyanla çalışacayıq. İşçini çıxardım ki, get üç aydan sonra gəl? Üç ayı öz cibindən verməlisən. Cibində ki, boşdur. Onda başlayırsan bankların, dostların qapısını döyməyə. Normal ölkədə bu işləri görsəydim çoxdan milyonçu idim.
- Bir sayt açdız, bir az fəaliyyət göstərəndən sonra 10 min manata satdınız. Bu, biznes deyilmi?
- Kult.az-ı deyirsiniz. Saytı yox, domeni o vaxtın pulu ilə 8 min manata satmışam. O pulla da özümə torpaq aldım. Baxdım ki, yaş gedir, kirayədə yaşayıram, heç nəyim yoxdur, getdim torpaq aldım. Saytın özü isə başqa domenlə - Yarpaq.az adı ilə işini davam etdirir.
- Bu qədər fəaliyyətinizdə ana məqsədiniz nədir? Pul qazanmaq?
- Əvvəl idealist, romantik idim. İndi sifətimizi qorumaqla ayaqda qalmaq savaşındayıq. Ali bir məqsədim yoxdur. Evimdə iki uşaq böyüyür, bunun məktəb, paltar xərcləri var, ev xərcləri öz yerində. O vaxt biz ölkə səviyyəsində işlər görəcəyimizi düşünürdük. Çox şeyə inanırdıq. Ümidli idik. İndi o ümidlərdən əsər-əlamət qalmayıb. Adi dincəlməyə vaxt tapmırıq. Bir qapı açılsa çıxıb gedərəm.
- Yəni vətənə sizi heç nə bağlamır?
- Bu ölkədə bizim də bir şeyimiz olsun ki, ona bağlanaq, onu qoruyaq. Nəyi qoruyacam? Mən nə üçünsə savaşmalıyam. Vətən evimin içindən başlayır. Mən nə qurmuşamsa virtualdır, dünyanın hər yerində mənimdir. Vətən kimindirsə, qoy onlar qorusun. Bir az hirsli deyirəm bunları, əslində vətəni hamısından çox sevirəm. Gərəkərsə canımızı da verərik. Bu ayrı məsələdir. Bunu bilərəkdən deyirəm, qoy mediada da getsin ki, vətənin vətən olması üçün toxuna biləcəyimiz real nəsə olmalıdır onun üzərində. Sabah Şuşanı alacayıq, inşallah, orada otellər, restoranlar olacaq.
Biz gedib orda bir çay içməkçün Qəbələdəki kimi 300 manat verəcəyik? Vətən hamı üçün olmalıdır. Vətən də bizi sevməlidir, birtərəfli sevgi olmur. Biz həmişə ölməyə vətən yaxşı deyirik. Heç kim durub demir ki, yaşamağa vətən yaxşıdır. Biz vətənimizə qəbiristanlıq kimi baxırıq. Həmişə qul kimi yaşamışıq. Mən 35 yaşımda evlənmişəm. Ədəbiyyat saytı işlədirdim, əlimə pul düşəndə o sayta qoyurdum. Cibimdən pul verib romanlar tərcümə elətdirirdim. Romantik düşüncələrə qərq olmuşdum. Artıq maarifçilik söhbətlərinə inanmıram.
- Hazırda şair kimi danışırsınız, yoxsa jurnalist kimi?
- Şair danışmır, yazır. Jurnalist kimi də yox. Bir vətəndaş kimi danışıram. Şair fikir adamı deyil. Ondan filosof düzəltmək düzgün olmaz. Artıq bu qədər yol gəlmişik və məcburuq ki, davam etdirək. Mən bu qərara gəlmişəm ki, toplumu dəyişə bilmirsənsə, yanındakı üç nəfəri dəyiş, onları da dəyişə bilmirsənsə, heç olmasa, özünü dəyiş. Bizdə kollektiv ruhu, xor ruhu yoxdur. Oturub televiziyada xalqa müraciət edəcəm və xalq dəyişəcək? Belə şey yoxdur. Amma yanındakı bir nəfəri dəyişə, düzgün formalaşmasına dəstək ola bilərsən.
- Dünya təcrübəsindən görünür ki, bir adam bütün cəmiyyəti dəyişə bilir. Buna da maarifçilik deyilir. Siz də maarifçiliyi rədd edirsiniz. Bu, nə dərəcədə doğrudur?
- Dünya təcrübəsini boş ver, gəl bizim təcrübəyə baxaq. Biz öz qoca Şərqimizin bir parçasıyıq. İndi İranda hicri təqvimi ilə neçənci ildirsə, bizdə həmin ildir. Yəni biz Avropadan 7-8 əsr geridəyik. Noolsun ki, miladi təqvim işlədirik. Təyyarələr əslində elə zaman maşınlarıdır. Burda minib gedib 7 əsr o yanda düşürsən. Hər toplum nəyə layiqdirsə, onu yaşayır. Mən demirəm, bunu dəyişməyə çalışmayaq.
Çalışaq, amma öncə düzgün startegiyamız olmalıdır. Burdakı coğrafiyanı, mentaliteti, xalqın xarakterini nəzərə alan strategiya. Sadəcə mən artıq topdan düşüncəyə, topdan yanaşmaya, cəmiyyətin topdan dəyişəcəyinə daha inanmıram. Tək-tək dəyişə bilərik. Toplumları formalaşdıran böyük hadisələr olmalıdır. Biz o yanda torpaq itiririk, gəlib bu yanda şadlıq sarayı açıb o torpağın adını qoyuruq. Hələ böyük yol keçməliyik.
- İçinizdə bir narahatçılıq var. Adamlar bir sayt açıb xoşbəxt olurlar. Sizin bu qədər saytınız var, amma xoşbəxt ola bilmirsiz...
- Bir dəfə rəhmətlik Habil Əliyev televiziyada çıxış edirdi. Onda “Şöhrət” ordeni almışdı. Jurnalist sual verdi ki, Habil müəllim, bütün titulları almısınız, yeganə sənətkarsınız ki, sağlığınızda adınıza musiqi məktəbi də verilib, yəqin xoşbəxtsiz. Habil müəllim cavab vermədi. Təkrar-təkrar soruşdu. Axırda cavab verdi ki, mənim qonşum acdırsa, mən necə xoşbəxt ola bilərəm? Biz həssas adamlarıq, robot deyilik. Mən evimə ət alanda görürəmsə bir yaşlı adam dükandan sümük alır, o əti aparıb necə yeyim? Necə xoşbəxt olum?
Evinə aylıq 300 manat gələn ailə başçısı 7 nəfərlik bir ailəni necə saxlasın? Mən uşaqlarımın gələcəyindən narahatam, bütün uşaqlar üçün narahatam, on il sonra onlar hansı cəmiyyətdə yaşayacaqlar? Ona görə də deyirəm ki, sabah şansım yaransa, bu ölkədən çıxıb gedərəm. Nə şair, nə jurnalist? Mənim ilk vəzifəm atalıqdır. Birinci o vəzifəni yerinə yetirməliyəm.
Öz balasını qoruya bilməyən adam cəmiyyəti də qoruya bilməz. Biz cəmiyyət olaraq dəyişməliyik. Oxumalıyıq, maariflənməliyik, haqqımızı bilməliyik. Bizdə ikini ikiyə vuranda dörddən başqa hər şey edir. Çalışmalıyıq ki, dörd etsin.
Xəbərin oxunma sayı : 670
Müsahibə
Xəbərlər
-
Avropa çalxalanır - Fransa İspaniya ilə sərhədə qoşun göndərdi
-
Prokuror “Atlant”ın hərracda satılmasını tələb etdi - 14 milyon manat zərəri belə ödəyəcəklər
-
El Nino hadisəsinin Azərbaycana təsiri varmı? - Ekspert
-
Binanın altından metroya keçid inşa edilir? - VİDEO
-
“ABŞ Ukraynanın “Patriot” raketlərinin istehsalına razılıq verməyib” - Tramp
-
Sabunçu xəstəxanasında rəzalət: Dedilər ki, gipsi və binti özün al
-
Prezidentin Qırğızıstan səfərindən görüntülər - VİDEO
-
Arayikgilin apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə getdi - Fotolar
-
Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
-
Bakıda ticarət mərkəzinin avtodayanacağında qətl törədilib - VİDEO
-
Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır? - AÇIQLAMA
-
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
-
Prezidentin Qırğızıstana dövlət səfəri başa çatdı - FOTOLAR
-
150 balla hansı ixtisaslara qəbul olmaq olar? – SİYAHI
-
ABŞ və İsrailin İran planı: Qonşu ölkələrin sərhədləri...
-
Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar
-
Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu - Səbəb nədir?
-
Son 6 ayda ən çox bahalanan və ən çox ucuzlaşan avtomobillər - Siyahı
-
Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
-
“Bank BTB“nin lisenziyası ləğv edildi: “T-Kredit“ BOKT-a lisenziya verildi
-
Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının təlimi başa çatıb - FOTO
-
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Rusiya Kiyevdə ABŞ zavodunu vurub - Ayda 1000-ə yaxın PUA istehsal edirdi
-
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTOLAR
-
Prezident Çolpon-Atada qeyri-rəsmi görüşdə iştirak edib - FOTOLAR
-
İxtisas qruplarında keçid balı necə dəyişəcək? - Sədr açıqladı
-
Sumqayıt Tibb Mərkəzinə YENİ TƏYİNAT: Direktor vəzifəsi ona həvalə olundu
-
Amerika şirkətləri Trampın layihələrinə nə qədər ianə edib? - Açıqlandı
-
Bakıda ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı QƏRAR
-
İnsan alverinə qarşı mübarizə gücləndirilir: Dövlət qurumlarına tapşırıqlar verildi
-
“Aqrarkredit” qalmaqalı: “Azərinşaatservis”in məsələsi araşdırlacaqmı?
-
Barışıq adı ilə evə çağırıb işgəncə verdilər: Ağstafada dəhşətli hadisə
-
FHN-in qərarına əməl etməyən obyekt yenidən bağlandı - Video
-
Avqustun ilk günündə hava necə olacaq? - PROQNOZ
-
“Qarabağ“ “Dinamo“nu keçsə, kiminlə qarşılaşa bilər? - SİYAHI
-
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
-
Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? - SİYAHI
-
Rinoplastika əməliyyatı faciə ilə nəticələnmişdi: İki həkimə 3 il həbs verildi
-
“Strateji valyuta ehtiyatları 40 aylıq idxala kifayət edir“ - AMB sədri
-
Prezident Çolpon-Atada qeyri-rəsmi görüşdə iştirak edir - FOTO
-
İndiyədək “Heydər Əliyev“ ordeni ilə təltif olunan ictimai və siyasi xadimlər - SİYAHI
-
Azərbaycanda dəhşətli qəza: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı-Ölənlər var
-
Təbii qaz istehlakının 45%-i Bakı və Abşeronun payına düşüb - Rayonlar üzrə siyahı
-
Süni intellektlə hazırlanan reklam qalmaqal yaratdı: “Cəbiş müəllim“in qızından etiraz
-
Rusiya yanacaq ixracına yenidən qadağa qoydu - BÖHRAN DƏRİNLƏŞİR
-
ABŞ senatoru Netanyahunu görüşə şortla gəldi, gündəm oldu - Fotolar
-
Novxanıda dənizkənarı ərazidə qanunsuz tikinti aparılır? - VİDEO
-
Vüsal Aslanov yeni təyinatlar etdi, bir nəfəri işdən çıxardı - FOTO
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi - FOTOLAR
-
“Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar“ - Sadır Japarov
-
Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - Fotolar
-
İlham Əliyevlə həmkarı təkbətək görüşdü - FOTOLAR
-
Obyektləri qıfıllanan sahibkarların narahatlığı: Sənədlər təftiş olunur - VİDEO
-
Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
UEFA Konfrans Liqası: “Neftçi” və “Zirə” mübarizəni dayandırıb
-
Səhiyyə Nazirliyi uşaqlar üçün 300 min doza vaksin alınacaq: 13 milyon manata
-
Rusiyalı milyarder saxlanıldı - Fırıldaqçılıqda şübhəli bilinir
-
Mübahisə etdiyi şəxsi bıçaqlayıb qaçdı – Polis saxladı
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edildi - FOTO
-
Bakı metrosunda baş verən problemin səbəbi nə olub? - VİDEO
-
Fransanın Martin Rayan məsələsinə dair bəyanatına - Rəsmi Bakıdan cavab
-
Notarius həbs edildi - Külli miqdarda dövlət vəsaitini mənimsəyib
-
Dünyada ən çox mineral istehsal edən 25 ölkə – SİYAHI
-
Kiberpolis fişinq şəbəkəsinin daha iki üzvünü saxladı - VİDEO
-
Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO
-
Beynəlxalq axtarışda idi - Ukraynadan Azərbaycana gətirilir
-
Nikah azalır, doğum enir: Azərbaycanı hansı demoqrafik gələcək gözləyir?
-
Prezident həmkarları ilə qolf oynadı - FOTOLAR
-
“Gecikdirilən raketlər insan tələfatına və dağıntılara səbəb olur“ - Zelenski
-
Yol istismar idarəsinin hesabına həbs qoyuldu - Direktoru Əliheybət Şirinovun oğludur
-
Netanyahu Trampla İrana qarşı üç mümkün ssenarini müzakirə edib - “Reuters”
-
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı - RƏSMİ
-
Mətbuatda press-reliz yayımı - Aqrar Kredit və İnkişaf Agentliyi 59 min xərcləyəcək
-
Xəzər dənizinin səviyyəsi niyə enir? – İki əsas amil açıqlandı
-
Azərbaycanda hepatit statistikası - Son rəqəmlər
-
Ermənistan ordusundakı intiharlarla bağlı şok etiraf: Paşinyan səbəbləri açıqladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentlə xanımı Qırğızıstana getdi - FOTO
-
Azərbaycanlıların olduğu daha bir gəmiyə hücum edildi - Odessa yaxınlığında
-
NDU-nun keçmiş şöbə müdiri tenderə görə 4 min manat alıb - TƏFƏRRÜAT
-
Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum - Ən azı 9 polis həlak oldu
-
Məhkəmədən növbəti oxşar qərar: ölümdə təqsirləndirilən sürücüyə bəraət verildi
-
Avqustda orta aylıq temperatur normadan yuxarı olacaq - Proqnoz
-
Vüsal Nəsirli direktoru işdən çıxardı, yenisini təyin etdi
-
Bu şirkətin direktoru cəzalandırldı: 11 sürücünü qanunsuz işə cəlb edib
-
Şahbaz Şərif Azərbaycanın səfirini qəbul etdi: “Strateji tərəfdaşlıq davam edəcək”
-
Prezident fərman imzaladı: Onlar da xüsusi rabitə ilə təmin olunacaq
-
Aİ-dən Ermənistana əlavə dəstək: Hökumətin ehtiyat fondu 44 milyon avro artdı
-
Bu saytlara məhdudiyyət qoyulacaq - Prezident təsdiqlədi
-
Əmək Müfəttişliyi vəfat etmiş şəxslərə cərimə yazır? - Təfərrüat
-
Azərbaycanda suvarma suyu çatışmayan rayonlar - SİYAHI
-
Rusiya raketi Polşaya düşüb - Ukrayna XİN məlumat yaydı
-
Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO
-
Dövlət Gömrük Komitəsində yeni təyinat: Turqut Vəliyev idarə rəisi oldu
-
Ermənistan İrandan daha çox qaz alacaq: Yeni mərhələ başlayır
-
“Zəfər” Amerika Yay Düşərgəsi uğurla yekunlaşdı - FOTOLAR
-
Ən çox və ən az pensiyaçı olan rayonlar - SİYAHI
-
Netanyahu Zelenski ilə görüşdən imtina edib - SƏBƏB
-
Taxta-şalban Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
Goranboyda 30 əsrlik məkan: 19 illik araşdırmalar zamanı nələr tapılıb? (VİDEO)
-
ABŞ Senatından Rusiyaya qarşı ağır sanksiya paketi - İdxalçılara 200%-lik tariflər gəlir
-
100 milyonluq yeyinti işi: vəzifəli şəxs həbs edilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
ABŞ istəməsə, İsrail İrana hücum etməyəcək - Netanyahu
-
Səhiyyə Nazirliyindən əhaliyə müraciət: Vaxtında vaksinasiya olunmalıdır!
-
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTO
-
Elnur Azadxanov vəzifəsindən azad olundu - Anar Bayramovdan ƏMR
-
Əhali rayonları tərk edərək Bakı və Abşeronda məskunlaşır? - Maraqlı statistika
-
ABŞ Senatından Ukrayna ilə bağlı mühüm addım - Dəstək layihəsi böyük səs çoxluğu ilə dəstəkləndi
-
Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri - VİDEO
-
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
-
Ağdamdakı yanğın genişləndi: Minalanmış ərazilərdə partlayışlar baş verir
-
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
TƏBİB-in rəhbəri baş həkimi vəzifəsindən azad etdi - FOTO
-
Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB
-
Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir - 122 min manat ayrıldı
TOP 10
ARXİV






