“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

ABŞ Konqresi Türkiyəyə silah satışını dondurub- “S-400“ məsələsinə görə

Tarix 13.08.20, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Konqresinin bir neçə üzvü Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri (ZRK) alması səbəbindən təxminən iki il müddətinə Vaşinqtonun Ankaraya silah satışını nəzərdə tutan böyük razılaşmaları bloklayıblar.

APA xəbər verir ki, bu barədə Amerikanın həftəlik “Defense News” nəşri yazıb.

Dondurulan müqavilələrin sayı dəqiq bilinməsə də, onların arasında azı ikisinin böyük saziş olduğu bildirilir. Bunlardan biri “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlıdır.

Nəşrin yazdığına görə, amerikalı qanunvericilərin bu addımı ABŞ hakimiyyətinin Ankaraya qarşı 40 ildən artıq müddətdir ki, əl atmadığı diplomatik təzyiq göstərilməsi üçün alət rolu oynayır. 1975-ci ildə Türkiyə ordusu Kiprə hücum etdikdən sonra Vaşinqton Ankaraya silah satışını üç il dayandırmışdı.

Eyni zamanda, müdafiə sənayesi nümayəndələri narahatdırlar ki, gələn ilədək vəziyyət dəyişməzsə, bu, iki ölkənin podratçıları arasındakı münasibətlərə mənfi təsir göstərə bilər və nəticədə türk şirkətləri başqa tərəfdaş axtarmalı olacaqlar.




Xəbərin oxunma sayı : 2113




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap