![]() |
|














Azərbaycan ilə İtaliyanı möhkəm dostluq ənənələrinə əsaslanan strateji tərəfdaşlıq birləşdirir
Tarix 02.10.25, 19:00 |
|

"Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafı qarşılıqlı səfərlərin dinamikliyində, dövlətimizin başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin say tərkibində özünün aydın ifadəsini tapır. Sentyabrın 30-da İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi, cənab İlham Əliyevin oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Hər iki səfər Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, bu quruma üzv dövlətlər arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin göstəricisidir.
Azərbaycan ilə İtaliyanı möhkəm dostluq ənənələrinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq birləşdirir. İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Avropa İttifaqı ölkələri arasında onun əsas tərəfdaşıdır. Azərbaycan və İtaliya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin ayrı-ayrı sahələrdə inkişafı istiqamətində atılan addımlara, onların uğurlu nəticələrinə bir daha diqqət yönəldildi. Cənab İlham Əliyev bildirdi ki, bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd, Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik. Ümumiyyətlə, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və əsl strateji tərəfdaşlardır".
Azərbaycan dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi önəm verir: "Həmçinin dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq səviyyədə təqdir edilir. Bütün ölkələr ilə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan daim yeni dostlar, tərəfdaşlar qazanır. Ölkəmiz hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Hazırda yeni dünya nizamının formalaşdığı dövrdə Azərbaycanın bu yanaşmasına xüsusi önəm verilir, əlaqələrin yeni prioritetlər üzrə inkişafında maraqlı olan ölkələrin sayı artır. Cənab İlham Əliyev suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bu çağırışı xüsusi qeyd etdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir, daha da inkişaf edir və edəcək. Azərbaycan-İtaliya münasibətləri də qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub".
Azərbaycan və İtaliyanın ikitərəfli gündəliyi getdikcə genişlənir: "Ölkələrimiz arasında əlaqələrin inkişafında enerji amili xüsusi yer tutur. 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə əhatə dairəsi genişlənir. Bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər səmimi münasibətlər, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı".
Azərbaycan-İtaliya gündəliyinə əlavə olunan yeni sahədən də bəhs edib: "Ölkə Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bildirdi ki, biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq".
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində mühüm addımlar atılır. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı həm rəsmi sənədlərdə, həm də həyatda, praktik işlərdə özünü təsdiqləyir. Bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.
Eyvaz Fərzəliyev
Xəbərin oxunma sayı : 406
Sosial
Xəbərlər
-
Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO
-
Bəzi taksi sürücüləri sərnişindən əlavə pul tələb edir - VİDEO
-
“Aİ səfiri Tbilisidə baş verənlərə görə məsuliyyət daşıyır“ - Kobaxidze
-
Paytaxtın 291 saylı bağçasında uşaq ağır xəsarət alıb, təcili tibbi yardım çağırılmayıb - VİDEO
-
“Günahkarlar məsuliyyətə cəlb olunacaqlar“ - Kobaxidze prezident sarayına hücumla bağlı
-
İnformatika müəllimlərinin çatışmazlığı: Problem haradan qaynaqlanır?
-
Azərbaycanda futbol klubları nə qədər maaş verir? - Rəqəmlər açıqlandı
-
Gəncə terrorunda gözlərini itirən qadın başına gələnləri danışdı: “Qoymayın ölüm, qızlarım var“
-
İstehlak kreditlərinin artımı zəifləyib - Mərkəzi Bank əhalinin banklara borcunun artmasından ehtiyatlanır
-
Şəkinin mərkəzində yol çöküb, təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Tbilisidə etirazçılar Prezident Sarayının ərazisinə basqın etdilər - FOTOLAR
-
Azərbaycan karateçiləri yarışları 16 medalla başa vurublar - III MDB Oyunları
-
“Pilgrim Education“ qurbanları: dövlətdən kömək istəyirlər... (FOTO)
-
Bakıda yolu zəbt edənlərdən biri: “İstəyərəm, dombalaq aşaram“
-
“Gürcü Arzusu“ seçkilərdə qalib gəlir - İrakli Kobaxidze
-
Tanınmış aparıcı 130 minlik lüks avtomobil ALDI: Restoran bizneslərim var
-
Azərbaycanda tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 6 %-ə yaxın artıb - AMB
-
Universitet həyatını kökündən dəyişəcək qanun: İntizarın sonu gələcəkmi?
-
Süni intellekt işimizi əlimizdən alacaqmı? - “Meta“da işləyən azərbaycanlı mühəndislə MÜSAHİBƏ
-
Xankəndidəki oyunlarda polisin fəaliyyətindən - VİDEO/FOTOLAR
-
Yaponiya tarixində ilk - Baş nazir qadın olacaq...
-
“Qarabağ“ futbolçulara bu qədər pul mükafatı verib - Qələbəyə görə
-
Polis Akademiyasında məktəblilər üçün “Açıq qapı” - FOTOLAR
-
Kommunal xərcləriniz 50% azala bilər: Enerji pasportunun gətirəcəyi imkanlar
-
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
-
Həmcinslərini Türkiyədə iş vədi ilə fahişəliyə cəlb etmişdi - 9 il həbs verildi
-
Xaçmazda imam müavini arvadını boğaraq öldürdü – TƏFƏRRÜAT
-
Mən niyə rusun dilində kinoya baxmalıyam ?! - Kinoteatrlarda “məcburi seçim”
-
III MDB Oyunları – Azərbaycan millisi bürünc medal qazandı
-
Bakıda 50 qıpiyə limon satır, hesabında milyonu var - VİDEO
-
Kobaxidze “Gürcü arzusu“nun qalib gələcəyinə əmindir - “Müxalifətin qələbəyə ümidi yoxdur “
-
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
-
Xəzər dənizindəki əməliyyat vaxtı atəş açıldı - İran vətəndaşları tutuldu + FOTOLAR
-
Azərbaycanlı müğənni Ağ şəhərdən yarım milyon manata ev aldı - VİDEO
-
Bu şəxslərin maaşları artırıldı - Prezident Sərəncam imzalayıb
-
Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü - Naxçıvanda dəhşətli hadisə
-
“Kral olanda monarxiyada dəyişiklik edəcəyəm” - Şahzadə Uilyam
-
Bu tələbələrə Prezident təqaüdü verildi - Siyahı
-
Evlərin qiyməti 50 faizə yaxın artıb - Mərkəzi Bankın hesabatı
-
“Park City“də sakinlər illərdir çıxarış ala bilmirlər - ŞİKAYƏT /VİDEO
-
Ayaqlarına dolğu əvəzinə maz vuruldu - Dəniz Hospitalda qanunsuz estetika
-
Bağçada müəllimənin qəribə addımı: Çəkiliş qrupunu görən tərbiyəçi pəncərədən qaçdı
-
Masazırda tikinti qanunsuzluğu: “Binaların nə qarajı, nə də həyəti var“
-
ABŞ bu ölkədə hərbi əməliyyat keçirə bilər - “New York Times”
-
Bakıda ortaaylıq əməkhaqqı ilə ev almaq üçün 18 il işləmək lazımdır - RƏSMİ
-
Sumqayıtda sahibkar evinə diktofon yerləşdirdi - Qətlə yetirdi
-
“HƏMAS-ın davamlı sülhə hazır olduğuna inanıram” - Tramp
-
Prezident Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - Video
-
Məktəblərdə pul yığımı yenidən gündəmdə - Şagirdlər danışdılar
-
1993-cü ilin oktyabrın 3-də Ulu Öndərin prezident seçilməsi milli iradənin təntənəsi idi
-
Vətənə sədaqətlə xidmət etmiş Ulu Öndər
-
Azərbaycan xalqının qəhrəmanlıq və şücaət təcəssümü
-
Beş il öncə 4 oktyabr tarixində Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi
-
Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
Xətai rayonunda sakinlər təhklükədə - İt, ilan, tülkü... (VİDEO)
-
Tramp HƏMAS-a son xəbərdarlğını etdi - “Cəhənnəmlə qarşılaşacaqlar”
-
15 yaşlı oğlana qeyri-etik hərəkətlər edən gizirin - Cəzası ağırlaşdırıldı
-
Oqtay Şirəliyev vəfat etdi - TƏBİB-dən AÇIQLAMA
-
Liderliyin Heydər Əliyev nümunəsi
-
Erməni konsul məlumatları Adəmə könüllü ötürürmüş - Ayda bu qədər pul alıb
-
Baş prokuror 48 vətəndaşın müraciəti ilə bağlı göstəriş verdi - FOTO
-
Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında zirvələr fəth edir
-
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
-
37 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
-
4 Oktyabr - Cəbrayıl şəhəri günü: Zəfər tarixindən bərpa və quruculuq mərhələsinə
-
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi - Dövlət resurslarının ailə marjasına transferi…
-
DTX 4 nəfəri dövlətə xəyanət ittihamı ilə həbs etdi - Biri hərbçidir
-
Tiktoker həbs edildi - Qeyri-etik paylaşımlara görə
-
Prezident Danimarkaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO
-
“Bank kartlarına kibermüdaxilə halları var” - DİN
-
187 dərmanın qiyməti bahalaşıb - Tarif Şurası qərar verdi
-
Xadimə işlədiyi evdən 3 min manatlıq oğurluq etdi - 5 ay müddətinə həbs edildi
-
Quyular azalanda neft hasilatı artır, quyular artanda qaz hasilatı azalır – SOCAR-dan maraqlı statistika
-
Paytaxtın bu rayonunda yol bağlanır - Sürücülərin nəzərinə
-
Evindən 350 min oğurlanan məmur - Təhsil Nazirliyinin vəzifəli şəxsi imiş
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Əzizbəy” sakinləri “girov” saxlayır: 1500 gətir çıxarış üçün arayış verək
-
Məşğulluq Agentliyi tender keçirmədən ofis icarəyə götürüb - 42 minə
-
Beyləqanda Müəllimlər Günü qeyd olundu - Fotolar
-
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
-
İcra nümayəndəsinə “stop“ qoyuldu - DSMF-yə borcu var
-
Sudan istifadədə differensial tarif tətbiq olunacaq - Əsəd Şirinov
-
Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşib - MŞ-da iclas olub
-
281 saylı məktəbdə müəllimlər Müəllimlər Günü ilə bağlı pul yığır - Direktor üçün
-
Nazir generala birinci müavin təyin etdi - FOTO
-
“ABŞ tariflərdən ildə 1 milyard dollardan çox gəlir əldə edəcək” - Tramp
-
“Dövlət satınalmalarında eyni mal əvvəlkindən ucuz alınır“ - Agentlik rəsmisi
-
2 milyon manatlıq qalmaqal - Əbülfəz Babayev barışdı və proses bitdi
-
Mbappe və Zubirin illər öncə birgə çəkilmiş - Fotosu
-
Azərbaycan hakerlərin hədəfində - XƏBƏRDARLIQ
-
Bazarlarda hazırlanan yağlar səhhətimizə təhlükədir, yoxsa? - VİDEO
-
Ekspertiza “Şərurlu İsfəndiyar“ın Emil Səməndərovu təhqir etdiyi qənaətinə gəlib - MƏHKƏMƏ
-
Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar
-
Nazirliyin vəzifəli şəxsinin evindən 340 min pul oğurlandı - Oğlunun sevgilisi həbs edildi
-
ABŞ döyüş təyyarələri Venesuela hava məkanında: Karakasdan qəti etiraz
-
Veysəloğlu Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR
-
Dəmirçi ailəsi “Ferrum Kapital“dan nə qədər qazanır və... qazandırır? - RƏQƏMLƏR
-
Aşıq Zülfiyyə 1 milyonluq borca düşdü - “Leksus”unu SATDI
-
315 saylı məktəbdə Müəllimlər Günü - Direktor əvəzi üçün pul yığılır?
-
“Fransız diplomatlar bizi dost yox, mənbə hesab edirdilər“ - Martin Ryanın məhkəməsi
-
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır - SİYAHI
-
“Nar” regional satış şəbəkəsini genişləndirir - Yeni mağaza Salyanda!
-
Həbsdən çıxan ata iki telefon işlədən qızının qatili oldu - VİDEO
-
Qəzaya uğrayan son model avtomobilin təhlükəsizlik yastığı açılmayıb - Səbəb nədir?
-
Rusiyadan Azərbaycana gəldi, küçədə bacısı qızının başını kəsdi - Masazırdakı dəhşətli cinayət
-
ABŞ tariflərdən ildə bir trilyon dollardan çox gəlir əldə edəcək - Tramp
-
Nazirlik tərəfindən bölgələrdə keçiriləcək qəbulların qrafiki - FOTO
-
Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? - VIDEO
-
Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? - VİDEO
-
Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlər genişlənir
-
Suqovuşanın işğaldan azad edilməsindən 5 il ötür
-
Hər şeyə hazır olmaq lazımdır - PUTİN
-
İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq
-
“Balıqlara yem əvəzinə insan nəcisi verilir” - Azərbaycanda
-
Yollarda görüş məsafəsi məhdudlaşdırılacaq - Dumana görə
-
Sənədli torpaq sahələri bahalaşır - VİDEO
-
“Rusiyanın NATO-ya hücumu uydurmadır” - Putin
-
Vüsal Aslanov rəisi işdən çıxardı: “Bakı Metropoliteni“ təkzib etmişdi
-
QHT sədri saxta ordeni bu ölkə rəhbərinə təqdim edib - Deputatla birgə... + VİDEO
TOP 10
ARXİV