“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Köçəryanla Sarksyandan ermənilərə müraciət:“Qətiyyətli addımların zamanı gəlib“

Tarix 25.02.21, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyan xalqı baş nazir Nikol Paşinyanın istefasını tələb edən hərbçiləri dəstəkləməyə çağırıb.

Bununla bağlı sabiq prezidentlər müvafiq bəyanatla çıxış ediblər.

“Qətiyyətli addımların zamanı gəlib”, – onlar vurğulayıblar.

Bununla belə, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan neytral mövqedən çıxış edərək hakimiyyətlə müxalifəti vətəndaş müharibəsindən qaçınmağa çağırıb. Onun sözlərinə görə, vətəndaş müharibəsi nəinki Türkiyə və Azərbaycanın arzusunun çin olmasına yol açacaq, həmçinin erməni xalqının sonunun başlanğıcı olacaq.

Erməni kilsəsi isə, öz növbəsində, son olayları narahatlıqla izlədiyini açıqlayıb. Eçmiədzin vəziyyətin mümkün gərginləşməsini yolverilməz və zərərverici olduğunu hesab edir. Kilsə prezident, baş nazir, hökumət üzvləri və siyasi qüvvələrin liderlərini vəziyyətin həlli yollarını danışıqlar masası arxasında axtarmağa çağırıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb/Report.



Xəbərin oxunma sayı : 361




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap