“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Prokurorluq və ADY həmin hökmdən narazıdır - “Ziyanın məbləği çoxdur”

Tarix 23.01.26, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Lokomotivlərin hərəkəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ilə bağlı həbs edilən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları dövlətə dəymiş ziyanı tam ödəyiblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə hökmü ilə müəyyən edilmiş 107 min manatlıq ziyanın qalan 31 min 837 manat hissəsi də təqsirləndirilən Eldəniz Sadıqov və Famil Soltanov tərəfindən geri qaytarılıb.

Lakin prokurorluq və ADY bununla razılaşmır, ziyanın real məbləğinin daha çox olduğunu bildirir. İttiham tərəfi bunu ibtidai istintaq dövründə aparılmış mütəxəssis rəyi ilə əsaslandırır. Həmin rəyə görə, bu cinayət əməli nəticəsində dövlətə dəymiş ziyan 236 min manat təşkil edir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi məhkəmə ekspertizası isə yeyintinin 236 min deyil, 107 min manat olduğunu müəyyən edib. Bu rəyə əsasən də hökm çıxarılıb.

Açıklama yok.

Hazırda prokurorluq və zərərçəkmiş tərəf məhkəmə ekspertizasının rəyini qəbul etmir. Bu səbəbdən dövlət ittihamçısı protest, ADY isə apellyasiya şikayəti verib.

Eyni zamanda təqsirləndirilən şəxslər də hökmdən apellyasiya şikayəti təqdim ediblər. Eldəniz Sadıqovun vəkili Nicat Vəliyev saytımıza açıqlamasında deyib ki, bir neçə gün əvvəl ziyanın qalan hissəsi də tam ödənilib. Bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxslərin azadlığa buraxılması barədə qərar verəcəyinə ümid edirlər.

Şikayətlər üzrə yaxın günlərdə yeni məhkəmə başlayacaq.

Qeyd edək ki, Eldəniz Sadıqov ADY-nin Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi, Famil Soltanov isə İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotiv sahəsində magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib.

Onlar 70 ton yanacağın mənimsənilməsində təqsirli biliniblər. Məhkəmə hökmü ilə Sadıqov 6 il, Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.

Bununla bağlı xəbər saytımızda dərc edildikdən sonra ADY rəsmi açıqlama yaymışdı.



Xəbərin oxunma sayı : 214




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap