Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Suriyaya hücum tezliklə başlanacaq – Türkiyə rəsmisi

Tarix 09.10.19, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə “tezliklə” Suriya sərhədini keçəcək. Bunu Prezident Rəcəp Tayyip Ərdoğanın kommunikasiya üzrə köməkçisi oktyabrın 9-da səhər deyib.

Xəbəri “Reuters” yayıb.

Fahrettin Altun sosial mediada ərazidəki kürd döyüşçülərə xəbərdarlıq da səsləndirib, onları geri çəkilməyə çağırıb, əks halda Türkiyənin İslam Dövləti yaraqlılarına qarşı savaşını “pozmasının” önlənəcəyini deyib.

Türkiyə kürdlərin başçılıq etdiyi qüvvələrə qarşı əməliyyat apararaq Suriyanın 30 kilometrliyində “təhlükəsiz zona” yaratmaq istəyir. Kürdlər bu ərazinin İŞİD-dən təmizlənməsində ABŞ qüvvələrinə kömək edib.

Üç gün öncə ABŞ Prezidenti Donald Tramp Ərdoğanla telefon danışığından sonra dedi ki, Türkiyənin əməliyyatına müdaxilə etməyəcək.

Ərazidəki ABŞ əsgərləri ölkənin başqa yerlərinə köçürülüb.

Türkiyə oktyabrın 7-də bildirdi ki, ordusu Suriya-İraq sərhədinə zərbə endirib, kürd qüvvələri buradan Suriyanın şimal-şərqindəki bölmələrini gücləndirmək üçün istifadə edirmiş.

Ərdoğanla söhbətdən bir gün sonra Tramp Türkiyəyə Suriyaya hücumla bağlı xəbərdarlıq edib, daha sonra türkiyəli həmkarını noyabrın 13-də Ağ evə dəvət edib.

Tramp NATO müttəfiqini ABŞ-ın böyük ticarət tərəfdaşı adlandırıb, F-35 qırıcıları üçün polad göndərdiyini bildirib. Ancaq Ankara Rusiyadan raket kompleksi aldığından Türkiyə F-35 proqramından kənarlaşdırılıb.

2020-ci ilin martınadək Birləşmiş Ştatlar Türkiyədən ehtiyat hissələr alınmasını dayandırmağı planlaşdırır.

Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlanandan 3,6 milyon suriyalı Türkiyəyə sığınıb. Ankara onların 2 milyonunu təhlükəsizlik zonasına yerləşdirmək istəyir.

Suriya müharibəsində indiyədək 400 minədək adam həlak olub. (azadliq.org)




Xəbərin oxunma sayı : 565




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap