“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Saakaşvili tibbi yardımdan imtina edib - Ukraynalı həkim

Tarix 27.10.21, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


Həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tibbi yardımdan və vəziyyətini yüngülləşdirən prosedurlardan imtina edib.

Bunu mətbuata acıqlamasında Ukraynadan Saakaşvilinin səhhətini müayinə etmək üçün Gürcüstana gəlmiş həkim Maksim Perebiinis məhbusla görüşdən sonra bildirib.

Perebiinis jurnalistlərə deyib: "Tələbləri nəzərə alınmadığı üçün Saakaşvili bildirib ki, bu gündən o, tibbi yardım almaqdan imtina edir. O, aclığını azaltmağa kömək edən testlərdən və tibbi prosedurlardan imtina edir".

Ukraynalı həkimin sözlərinə görə, ona Saakaşvili ilə görüşmək və şəxsən yoxlamağa icazə verilməyib. Onlar məhbusla şüşə arxasından əlaqə saxlaya biliblər.

Perebiinis əlavə edib ki, həbsxana rəhbərliyi Saakaşvilinin son analizlərinin nəticələrini təqdim etməyib. Diaqnoza gəlincə, ukraynalı həkimin: "bu, tibbi sirrdir və bu barədə yalnız xəstənin özü danışa bilər", -deyə bildirib.

“Əgər ona tibbi yardım göstərilməsə, bu, aclıq aksiyası zamanı səhhətinin pisləşməsi riskini artıracaq. Heç bir halda Saakaşvilinin tibbi nəzarəti itirməsinə yol vermək olmaz”, - deyə ukraynalı həkim əlavə edib.

Sabiq prezident Saakaşvili 27-ci gündür ki, aclıq aksiyası keçirir. Məhkumun şəxsi həkimi onun səhhətindən ehtiyat edir və onun mülki multidissiplinar klinikaya yerləşdirilməsini tələb edir. Öz növbəsində Gürcüstan Ədliyyə Nazirliyi xəstənin Qldani 18 saylı həbsxanasındakı penitensiar xəstəxanaya köçürülməsini təklif edir. Bu arada eks-prezidentin vəkilləri onun həbsxana xəstəxanasına köçürüləcəyi təqdirdə onun təhlükəsizliyindən ehtiyat edirlər.

Mixail Saakaşvili sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstana gəlib və oktyabrın 1-də Tbilisidə saxlanılıb.  O, həbs olunduğu gün azadlığa buraxılmasını tələb edərək aclıq aksiyasına başlayıb.



Xəbərin oxunma sayı : 835




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap