| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Yolları zəbt edən tikinti şirkətləri, həll yolunu tapmayan problem - FOTO
Tarix 17.09.23, 23:24 |
|
Bakı şəhərində çoxmərtəbəli binalar inşa edən tikinti şirkətləri bir sıra hallarda piyada səkilərini zəbt edir, insanların sərbəst hərəkətinə mane olurlar. Mənzil tikinti kooperativləri tərəfindən sadəcə piyada səkilərinin deyil, birbaşa avtomobil yolunun, küçənin zəbt olunması məsələsi vətəndaşları narahat edir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Fotolardan da göründüyü kimi, paytaxtın Nəsimi rayonu ərazisində Mərdanov qardaşları-Şamil Əzizbəyov küçələrinin kəsişməsindən Mərdanov qardaşları-Süleyman Rəhimov küçələrinin kəsişməsinə qədər olan avtomobil yolu tamamilə zəbt olunub. 44 saylı tam orta məktəb ilə Bakı Şəhər Baş Polis İdarəsinin vaxtilə burada mövcud olmuş inzibati binasının qarşısından keçən bu yol Mərdanov qardaşları küçəsini birbaşa Süleyman Rəhimov və Füzuli küçələrinə birləşdirirdi. Nəqliyyat vasitələri ikizolaqlı bu yol ilə indiki Füzuli küçəsinə, yaxud əks istiqamətdə keçmiş “Təzə bazar”a və “Kubinka” məhəlləsinə doğru hərəkət edə bilirdilər.
Avtomobil yoluna giriş-çıxış məhdudlaşdırılıb
90-cı illərdə Mərdanov qardaşları-Şamil Əzizbəyov küçələrinin kəsişməsindən Mərdanov qardaşları-Süleyman Rəhimov küçələrinin kəsişməsinə qədər olan avtomobil yolu ilə hərəkət Bakı Şəhər Baş Polis İdarəsinin mühafizəsi məqsədilə qismən məhdudlaşdırılmış, ardınca dəmir məhəccərə alınmışdı. O zaman bu, başadüşülən idi. Amma bu polis idarəsi 2010-2020-ci illər arasında Yusif Səfərov küçəsi 45 ünvanında yeni inzibati binaya köçürüldükdən sonra köhnə binanı söküb yerində çoxmərtəbəli bina inşa edən şirkət yolu birdəfəlik zəbt edib. Mərdanov qardaşları-Şamil Əzizbəyov və Mərdanov qardaşları-Süleyman Rəhimov küçələrinin kəsişməsindən avtomobil yoluna giriş-çıxış qeyri-mümkündür. Tikinti şirkəti binanın və 44 saylı orta məktəbin qarşısından keçən yolu məqsədli şəkildə, təxminən 50-60 santimetr hündürləşdirib, həm pilləkənlər, həm də şlaqbaum qoyaraq ərazidə nəqliyyat vasitələrinin hərəkətini mümkünsüz edib.
Vətəndaşlar narazıdır
Nəsimi rayonunun Rəsul Rza küçəsində avtomobil yolunun Rəsul Rza-Salatın Əsgərova kəsişməsindən Rəsul Rza-Şamil Əzizbəyov kəsişməsinə qədər olan yüz metrlik hissəsi də tikinti şirkəti tərəfindən hasarlanıb. Təxminən beş ildir ki, Əlibəy Hüseynzadə küçəsindən başlamaqla Rəsul Rza küçəsi ilə Füzuli küçəsinə doğru düzünə hərəkət edən nəqliyyat vasitələri Salatın Əsgərova küçəsi ilə kəsişməyə çatanda məcburən sola dönür, istiqamətlərini dəyişməli olurlar. Çünki Mənzil tikinti kooperativi burada yolu tamamilə bağlayıb. İctimai maraqları bəzi hallarda görməzdən gələn belə tikinti şirkətlərinin özfəaliyyəti vətəndaşlarda ciddi narazılıq yaradır.
Bir cümləlik cavab
Nəsimi Rayon İcra Hakimiyyətinə də sorğu göndərib həm problemi diqqətlərinə çatdırdıq, həm də münasibətlərini öyrənmək istədik. İcra Hakimiyyətinin rəsmi cavabı bu oldu ki, “Ərazidəki tikinti müvəqqətidir”.
Yollarda qabaqcıl xarici təcrübəni tətbiq etmək olar
Mövzu ilə bağlı fikirlərini “Kaspi” qəzetinə bölüşən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, istənilən halda küçələrin zəbt olunması yaxşı hal deyil. O, bunun qanunsuz olduğunu vurğulayıb:
“Qeyd olunan küçələrə giriş-çıxışı birdəfəlik məhdudlaşdırmaq əvəzinə, orada ortaq küçə prinsipi ilə fərqli planlama ola bilərdi. İnkişaf etmiş xarici ölkələrdə bu təcrübəyə tez-tez rast gəlmək mümkündür. Bu qabaqcıl təcrübələrdə daha çox piyadayönümlü həll yollarına üstünlük verirlər. Həmin yol ilə nəqliyyat vasitələrinin hərəkətini tamamilə məhdudlaşdırmırlar, amma orada hərəkətdə olan avtomobil sürücüsü məkanın piyadayönümlü olduğunu hiss edir, ehtiyatlı davranır, təhlükəsizliyə ciddi riayət edir. Bakı şəhərinin Mərdanov qardaşları, Rəsul Rza küçələrində bəhs edilən yollarda da qabaqcıl xarici təcrübəni tətbiq etmək olar”.
Məsuliyyət tikinti şirkətlərinin üzərindədir
Ekspert bildirib ki, əgər ərazidə yaşayış varsa, piyadaların daha çox hərəkəti nəzərdə tutulubsa, avtomobillərin oraya giriş-çıxışını məhdudlaşdıran deyil, onların hərəkət sürətini azaldan həllər tətbiq edilməlidir:
“Bunun üçün yolun örtüyünü fərqli etmək və digər metodlardan yararlanmaq olar. Amma Mərdanov qardaşlarında həm yol hündürləşdirilib, həm də şlaqbaum və pilləkən qoyulmaqla giriş-çıxış dayandırılıb. Bu, qanunsuzluqdur. Küçənin ortasına şlaqbaum qoymaq heç bir məntiqə sığmır. Əgər paytaxtda hər hansı küçə hansısa səbəbdən bağlanırsa, bununla bağlı əsaslı səbəblər olmalı, Bakı Şəhər İcra Hakimiyyəti, müvafiq dövlət qurumları ictimaiyyətə rəsmi məlumat verməlidir. Yolun bağlanmasına görə bütün məsuliyyət o yolu bağlayan tikinti şirkətlərinin üzərindədir. Bu addım əhali və nəqliyyat sıxlığından əziyyət çəkən Bakı şəhərinin mövcud durumunu bir qədər də çətinləşdirməyə xidmət edir”.
Xəbərin oxunma sayı : 994
Hadisə
Xəbərlər
-
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik:Vətəndaşların yeni maliyyə seçimi
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - FOTOLAR
-
Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib - Tokayev
-
Yasamal rayonunda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO
-
Aİ-də miqrasiya böhranına qarşı yeni plan: 24 saata qüvvələr göndəriləcək
-
Tehran Vaşinqtonla həm yeni münaqişəyə, həm də danışıqlara hazırdır - Əraqçı
-
Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? - VİDEO
-
Xırdalanda bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
-
27 Sentyabr Anım Günü tarixi Zəfərə aparan yolun başlanğıcı
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
-
Azərbaycanda 490 manata satılan meyvə - Xaricdən 22 manata gətirilir
-
“Kaşif Kozinoğlu işi“ ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
-
Tramp Feyrford aviabazasındakı həbslərdən danışdı: “Onları uzun müddət izlədik“
-
“Xəbərdarlıq etmişdik, dinləmədilər” - “Real”dan Fransa millisinə ittiham
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - Fotolar
-
Bakıda bu mənzil 10 milyona satılır - FOTOLAR
-
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
-
Anar Ələkbərov “44” filmindən daha bir hissəni paylaşıb - Video
-
“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq” - Ərdoğan
-
Millətlər Liqası:Azərbaycan Litva ilə heç-heçə etdi
-
Hörmüz boğazından rekord həcmdə neft daşınıb - Tramp
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - SİYAHI
-
KTN rəhbərlik və kollektivi Zəfər parkında - FOTOLAR
-
Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq - Hikmət Hacıyev
-
Baxçalı 2 mafiya liderini barışdırdı - Sedat Peker dəstək verdi
-
Niderland əhaliyə çağırış etdi: Üç günlük ərzaq və su ehtiyatı saxlayın
-
Azərbaycan xalqının milli kimliyinin və ləyaqətinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişi
-
“Hər şey Sizdən başladı, cənab General“ - Polad Həşimovun xanımı
-
Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
-
27 sentyabr-Anım Günü: Milli birlik, həmrəylik rəmzi, qəhrəman şəhidlərimizə dərin ehtiramın ifadəsi
-
Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahıda ABŞ və Avropa yoxdur
-
Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
-
Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?
-
ABŞ İrana iqtisadi təzyiqi artırır - 50-dən çox ölkə ilə danışıqlar aparılıb
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
-
YAP-ın qurultayı növbədənkənar deyil - Tahir Budaqov
-
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - Video - Fotolar
-
44 günlük qəhrəmanlıq dastanının yazılmasının başlandığı tarix
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri təyin olundu - FOTO
-
Prezident və birinci xanım Zəfər parkında - FOTOLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
-
Vətən müharibəsinin ilk mülki qurbanları - Qurbanovlar ailəsi
-
Dünyda ən çox dizel ixrac edən ölkələr - SİYAHI
-
TikTok 100 milyon dollar ödəyir - Uşaqlar üçün yeni rejim
-
Səhər nə içmək daha yaxşıdır: Qəhvə, yoxsa portağal şirəsi?
-
Kuba ilə ordusuz razılığa gələcəyik - Donald Tramp
-
Bakının bu ərazisində bulvar salınır - VİDEO
-
Ağsu aşırımında aktivlik yenidən artdı - VİDEO
-
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni açıqlama
-
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər
-
Prezident Anım Günü ilə bağlı paylaşım edib - FOTO
-
Anım Günü - Vətən müharibəsinin başlanmasından 6 il ötür
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
TOP 10
ARXİV






