| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
ATƏT-in “İrəvan qrupu“nun xortlamaq cəhdləri... – Dəllallar rədd edilməlidir
Tarix 05.12.21, 20:45 |
|
Belə görünür ki, ATƏT-in Minsk qrupu köhnə heyətdə (Rusiya, ABŞ, Fransa) yenidən xortlamaq niyyətindədir. Bu “müftəxor turistlər”, “nəxunək dəllallar”, “riyakar tərəfgirlər” qrupu bir il öncə siyasət məzarlığına gömülüblər.
Əslində, onların məkrli niyyəti olmasaydı və üzlərində abır-həya olsaydı, özlərini buraxar, missiyalarının sona (özü də uğursuzluqla) çatdığını elan edərdilər.
Amma elə deyil. Ötən il 44 günlük müharibədən əvvəl, müharibənin gedişində və ondan dərhal sonra özləri, əsl mahiyyətləri, gerçək niyyətləri bir neçə dəfə faş olmuş həmsədrlər sözün birbaşa mənasında Bakıdan qovulduqdan sonra da sağdan, soldan həmlələr edərək öz mövcudluqlarını qorumaq, yenə də münaqişə tərəflərinin arasına girmək istəyirlər.
Bir neçə gün öncə ATƏT-in Minsk qrupunun həmsdərləri İsveçin paytaxtı Stokholmda Azərbaycan və Ermənistanın xarici işləri nazirlərinin görüşünü təşkil edə bilməyərək növbəti dəfə uğursuzluğa düçar olublar, amma dəvədən yıxılıb “höt-höt” deməkdə davam edən bədəvi kimi yenə də bildirirlər ki, yeni görüş təşkil etməyə hazırdırlar.

Əlbəttə, yuxarıdakı tikanlı sözlər ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsini tutan diplomatlara aid deyil, onların təmsil etdiyi dövlətlərin, xarici siyasət idarələrinin kursu bərbad olandan sonra diplomatlar nə edə bilər? Olsa-olsa onların bəziləri yüngülvari şəkildə öz simpatiyalarından çıxış edə bilərlər – dövlətin kursuna xələl gətirmədən.

Məsələn, vaxtilə rusiyalı həmsədr Vladimir Kazimirov əvvəlcə əl altından, sonradan isə açıq-aşkar ermənilərə dəstək verirdi, tanınmış ermənilərlə oturub-durur, yeyib-içir, birgə planlar cızırdı. O, ifşa olunandan sonra siyasi xələfi o cür açıq tərəfgirlik etmədi.

Ermənilər də ABŞ-ı təmsil edən Metyu Brayzanın “Azərbaycana işlədiyi”ni iddia edirdilər – nə var, nə var, Brayza bir-iki dəfə münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətlə həll olunmasının vacibliyini söyləmişdi.
Ümumiyyətlə, Minsk qrupunun yaradıldığı 1992-ci ildə (24 mart) ona ümidlər böyük idi. Biz hesab edirdik ki, “Avropa münaqişənin ədalətli həllini təmin edəcək”. O zaman bu qrupun, biri Rusiya olmaqla iki həmsədri vardı – 1994-cü ildə Finlandiya, 1996-cı ildə İsveç. Sonradan, 1997-ci ildə isə qrupda hakimiyyəti Fransa, ABŞ və Rusiya ələ keçirdi.
Elə o vaxtdan başlayaraq ölkəmizdə bu qrupun ədalətinə inamın ilbəil sarsılması prosesi başlandı və bu etimad iki sıfırlı 2020-ci ildə sıfıra qədər endi.
Onsuz da aydın idi ki, həmsədrlərin biri (Rusiya) açıq-aşkar və qabalıqla Ermənistana dəstək verir, biri (Fransa) üstüörtülü, amma qətiyyətlə ermənilərin tərəfindədir, o biri (ABŞ) isə özünü haqq-ədalət, sülh tərəfdarı kimi göstərə-göstərə “nə şiş yansın, nə kabab” siyasəti yeridir, əsl niyyəti bölgədə möhkəmlənməkdir.
Ona görə də Azərbaycanın siyasi arenasının fiqurantlar tez-tez ATƏT-in Minsk qrupunun buraxılmalı olduğunu bəyan edirdilər. Bu qrupun yeritdiyi siyasət vaxtaşırı həm müxalifət, həm də iqtidar partiyasının funksionerləri tərəfindən tənqid olunurdu.
Həmsədrlər isə deyilənlərə məhəl qoymayaraq ildə bir neçə dəfə İrəvana və Bakıya səfərlər edir, prezidentlərlə, xairici işlər nazirləri ilə görüşür, sonra hər iki ölkənin ləziz təamlar verilən iaşə müəssisələrinə delikateslərlə bəslənir, yaxşıca istirahət etdikdən sonra ölkələrinə qayıdırdılar. Onların arasında 23 dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin edilən Anjey Kasprşik də olurdu.

Arada onlar fəallaşır, münaqişənin həlli üçün həmlələr edirdilər. Danmaq olmaz, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həllini istəyir, buna çalışırdılar. Amma necə? Bu çalışma “de-qe-er” adlanan qondarma qurumun Azərbaycan dövləti tərəfindən “respublika” kimi tanınmasını, Azərbaycanın öz torpağından birdəfəlik vaz keçməsini nəzərdə tuturdu. Belə olacaqdısa, həmsədrlərin etirazı yox idi, hər şeyi sürətlə düzüb-qoşacaqdılar.
2020-ci ilin payızında isə həmsədrlər əllərindəki domino daşlarını masanın üstünə açıq şəkildə çırparaq oynamağa başladılar. Bu dəfə Rusiya bitərəf kimi görünürdü, amma Fransa və ABŞ açıq-aşkar ermənilərin tərəfindən “vuruşurdu”. Fransanın bölgəyə hərbi legion göndərməsi qalmışdı yalnız. ABŞ prosesin gedişindən məmnun deyildi. O biri Avropa dövlətləri də yaxalarını cırırdılar.
Hələ yaxşı ki, hərbi kampaniya qısa müddətdə başa çatdı, müharibə uzansaydı, Avropanın bəzi dövlətləri əllərindən gələni edəcəkdilər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilməsin.
Bütün bu proseslər o qədər açıq müstəvidə gedirdi ki, artıq hər şey siyasətlə maraqlanan hər kəsə gün kimi aydındır. Hansı güclü dövlət nə istəyir, niyyəti nədir, münaqişə tərəflərindən kimi dəstəkləyir, bütün sirlər pozulub.
İndi ATƏT-in Minsk qrupunun həmsədrləri ona çalışırlar ki, münaqişə elə bu formatda yenidən dondurulsun, Dağlıq Qarabağda qalan ermənilər status alsın, bu status Azərbaycanın yurisdiksiyasından kənarda olsun. Bütün oyunlar bunun üstündədir.
Bu, heç də ATƏT-in Minsk qrupu deyil, bu, ATƏT-in İrəvan qrupudur. Azərbaycan dövlətini idarə edənlər yenidən o tələyə düşməməlidir. 1992-97-ci illərdə hərbi-siyasi-diplomatik baxımdan zəif idiksə, ABŞ və Avropanın çaldığı saksofon melodiyasına uymaq zorundaydıqsa, indi vəziyyət dəyişib, indi güclüyük, güclü müttəfilərimiz də var, diktə edən tərəf bizik. Ona görə də tərəf tutan dəllalları öz davamıza yaxın buraxmamalıyıq. Cəhənnəm olub getsinlər.
Yox, əgər bu qrupsuz keçinmək mümkün olmazsa, o zaman Minsk qrupunun digər üzvləri (Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Türkiyə, Finlandiya) arasında yeni həmsdərlər seçilə bilər.
Ermənilərlə savaşı da, sülh danışıqlarını da təkbətək, üz-üzə aparsaq, qalıcı sülh bir o qədər tez başa gələr. Yoxsa onlar ortalıqda tüyünənləri, qahmar çıxanları çox görəndə cızıqlarından çıxırlar.(musavat.com)
Xəbərin oxunma sayı : 457
Analiz
Xəbərlər
-
Paytaxtın bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ
-
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - Sərəncam
-
Aİ ilə bağlı referendum keçirməyəcəklər - Baş nazir açıqladı
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi - VİDEO
-
Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? - Azərbaycana gözlənilən qərar
-
Mənzil alanlara şad xəbər: Bu məbləğ sizə geri ödəniləcək
-
Rusiya sentyabrda 50 mindən çox hərbçi itirib? - NATO rəsmisi AÇIQLADI
-
Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
-
Azərbaycanda avtomobil bazarında son vəziyyət açıqlandı - Ən çox bu avtomobillər satılır
-
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
-
Vilayət Eyvazov İranın daxili işlər naziri ilə görüşdü – Fotolar
-
TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı
-
Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi - 1600-ə yaxın məhdudiyyət tətbiq edildi
-
Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Fotolar
-
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
-
Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil - Paşinyan
-
“Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb“ - Baş Prokurorluq
-
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
-
Agentlik bu şəxsdən 74 mənzil alır - 3,4 milyon manat ödəniləcək
-
“Tarixin ən yaxşı oyunçusu mənəm” - Kriştianu Ronaldo
-
Məktəbli formaları ilə bağlı monitorinqlər başlayıb - FOTOLAR
-
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO/FOTOLAR
-
Qoz Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
“Azərbaycan və Kamboca mina çirklənməsi problemlərini öz təcrübəsindən bilir“ - Prezident
-
Məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs olundu - RƏSMİ
-
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
-
Azərbaycanda orta aylıq əməkhaqqı 7,2 faiz artıb - RƏSMİ
-
“Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir“ - Prezident
-
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
-
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Video - Fotolar
-
Bu il dövlət sektorunda işləyənlərin sayı 31,6 min nəfər azalıb - Rəsmi
-
Prezident Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşüb -FOTOLAR
-
“Müharibə daha qaranlıq mərhələyə daxil olub“ - Ursula von der Leyen
-
İlham Əliyev Kambocanın baş nazirini qarşılayıb - FOTOLAR
-
Azərbaycan İnvestisiya Holdinqində yeni direktor təyinatı - FOTO
-
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü
-
Macarıstan Ukraynaya hərbi yardım göstərmək niyyətində deyil - Magyar
-
Armud Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
Tikinti sektoruna verilən kreditlər artır - VİDEO
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - Video
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - Video
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - Video
-
7 yaşlı Nihatın köməyə ehtiyacı var - Anasından müraciət
-
“Növbəti hücuma cavab fərqli olacaq” - İrandan xəbərdarlıq
-
Qədim insanların miqrasiya marşrutu Azərbaycandan keçib? - VİDEO
-
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO
-
“Mümkündür, bu məsələyə baxacağıq” - ABŞ husiləri bombalaya bilər
-
Türkiyədə 8 ayda 7 818 əməliyyat keçirilib - 32 mindən çox şübhəli həbs olunub
-
Yanğında həlak olan Könül Vəlibəylinin qızı kömək istədi - VİDEO
-
Azərbaycana qarşı ideoloji təhdidlər - Necə müdafiə olunmalıyıq?
-
“Rusiya və Ukrayna enerji atəşkəsinə razılaşıb“ - Tramp
-
Nəsimidə parkın bir hissəsi kafe üçün başçının qohumuna verilib - VİDEO
-
Abramoviçin milyonluq oyunu ifşa olunur? - Şok araşdırma
-
Yollarda duman olacaq - Sürücülərin nəzərinə!
-
Montellanın postuna 6 namizəd - Türkiyə millisini kim çalışdıracaq?
-
Alman nazir Trampı sərt tənqid etdi: “Bu, mənəvi iflasdır”
-
Kambocanın Baş naziri Azərbaycana gəldi - Fotolar
-
Mask da “xor“a qoşuldu: Zelenski çox irəli getdi...
-
Pakistanda İmran Xan böhranı - Fövqəladə vəziyyət
-
Avstraliyadan Azərbaycana gilas gətirilib - Kiloqramı 35 manata
-
“Vətəndaşlarımızı təxribatlara uymamağa çağırırıq“ - Milli QHT Forumu
-
Bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Mourinyoya qarşı narazılıq: Futbolçular qruplaşmalara bölünüblər
-
Zelenski müharibəni dəfələrlə dayandıra bilərdi - Tramp
-
Türkiyədə dəhşətli qəza: 11 nəfər öldü, 27 yaralı var
-
Şəmkirdə 18 yaşlı gənc bıçaqlandı - Şübhəli əkiz qardaşıdır
-
ABŞ husilərin Səudiyyə Ərəbistanına hücumlarını kəskin pisləyir - Rubio
-
Yeni hakimlərin əksəriyyəti bu universiteti bitiriblər - ADLAR
-
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat - 73 şübhəli həbs edilib
-
Makronun reytinqi rekord həddə düşüb - Fransızların cəmi 15 faizi onu dəstəkləyir
-
“Biz hər an vurulub ölə bilərik” - Rostovda qalan 12 dənizçimizi kim xilas edəcək?
-
Hadrutda 80 əsgərimizi mühasirədən çıxararkən şəhid oldu - FOTOLAR
-
Sakit okean rekord dərəcədə istiləşib - SƏBƏB
-
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb - İtkin düşənlər var
-
“İşə getsən, səni öldürəcəyəm“ dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
-
Avtomobil bazarında yeni tələblər qiyməti artıracaq? - VİDEO
-
Putin razılaşma istəyir, amma Zelenski razılaşmadan imtina edir - Tramp
-
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır“ - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
-
ABŞ Konqresində qanun layihəsi hazırlanır - Rusiya neftinin alınmasının qadağan edilməsi müzakirə edilir
-
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO
-
Ər-Riyad hava limanına hücumlarda zərərçəkənlər var - 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
-
Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü - Astarada
-
Xaricdə istirahət lüksə çevrilir: Azərbaycanlı turistlər seçimlərini dəyişir
-
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
-
“Putin Trampa İranın mövqeyini çatdırıb“ - Kreml
-
Salyanda kişi arvadını döydü - Balıq bişirmədiyinə görə
-
Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - VİDEO
-
Türkiyədə bu şəxslərə sosial mediaya giriş qadağan olunacaq - 1 noyabrdan
-
“Azərişıq” cənub regionunda fasiləsiz çalışır - VİDEO
-
Portuqaliyadan şok Ronaldo qərarı: Cəza verildi, intizam araşdırması başladı
-
Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı - SİYAHI
-
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTOLAR
-
ABŞ Ukraynanı hədələdi: Hücumları dayandır, yoxsa...
-
Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də - Fotolar
-
Natiq Əlisoyun dövlət sifarişləri 25 milyon manata yaxınlaşır - Yeni mənzil tenderi
-
Qadını şantaj edən gənc həbs olundu - TƏFƏRRÜAT
-
İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTOLAR
-
“Aqrarkredit” ala bilmədiyi borcları satışa çıxardı - 90 milyon manata yaxın...
-
“Zorakılığa və ədalətsizliyə boyun əyməyəcəyik“ - Pezeşkian
-
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
-
Şahbaz Şərif İlham Əliyevə zəng etdi - Nələr müzakrə olunub?
-
Yeni təyin olunan hakim şəhid qardaşıdır - FOTO
-
Azərbaycanda 33 milyonluq şirkət yaradıldı - Qanuni təmsilçisi kimdir?
-
“Putinin 10 ildir edə bilmədiyini mən iki gündə etdim” - Tramp
-
Zakir Quliyev məşhur obyektini satışa çıxardıb -10 milyon dollara
-
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - Sabahın havası
-
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltdı - Zelenski od püskürdü...
-
Kənan Aşurlu dövlət hesabına maşın alır -159 minlik
-
Pakistan döyüş təyyarələri husiləri vurub - “The New York Times”
-
Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?
-
Yunanıstan və İspaniya “Patriot” raketlərini Ukraynaya verməkdən imtina edir - “The Telegraph”
-
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur - Təfərrüat
-
Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM
-
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SƏRƏNCAM
-
Masazırda 4 avtomobil yanıb kül oldu - VİDEO
-
Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
TOP 10
ARXİV






