Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Kişi evində tutduğu sinif yoldaşını döyərək öldürübmüş – İTTİHAM AKTI

Tarix 29.08.24, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini öldürməkdə təqsirləndirilən Nurlan Nuriyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Rəsmi məlumata görə, bu il yanvarın 27-də Masallı rayonu Musaküçə kənd sakini 1994-cü il təvəllüdlü Elnur Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Nurlan Nuriyevin yanvarın 21-də aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elnur Məmmədovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı xəsartələr yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Nurlan Nuriyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, Nurlan dostu və sinif yoldaşı olan Elnuru namus üstündə döyərək öldürüb. Belə ki, o, gecə saatlarında evlərinə gələndə Elnur digər otaqda gizlənib. Sonra təqsirləndirilən şəxs onu döyməyə başlayıb. Hadisə yerinə Nurlanın valideynləri və dostları gəlib və Elnuru xəstəxanaya aparıblar. Daha sonra Elnur orada ölüb.

 



Xəbərin oxunma sayı : 1285




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap