Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Qisas almaq üçün qardaşının keçmiş arvadını bıçaqlayıb - MƏHKƏMƏ

Tarix 21.08.24, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvanda qisas məqsədi ilə qardaşının keçmiş arvadı Sitarə Qasımovanı bıçaqlamaqda təqsirləndirilən Afəddin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Report” xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında A.Əliyev doqquz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu il aprelində Şərur rayonun Həmzəli kəndində qeydə alınıb.

A.Əliyev qisas məqsədilə qardaşının keçmiş arvadı Sitarə Qasımovaya bıçaqla xəsarətlər yetirib.

Ona Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Məlum olub ki, bir müddət əvvəl A.Əliyevin qardaşı Sultan Əliyev S. Qasımovanın qardaşı Hüseyn Qasımov tərəfindən qətlə yetirilib.

Məhkəmədə ifadə verən A. Əliyev bildirib ki, qardaşı Sultan Bakıda həmkəndlilərinin toyundan çıxıb evə gedən zaman Sitarənin qardaşı Hüseyn də dönərxanadan bıçağı götürüb, Sultanın arxasınca gedib və Abşeron rayonun Mehdiabad qəsəbəsində onu qətlə yetirib:

“Sultan yoldaşı Sitarədən boşandıqdan sonra ona 3000 manat aliment borcu olub. Qardaşım öldükdən sonra məsciddə yuyulan videosuna baxaraq, onun beyninin və qarnının yarılmış vəziyyətdə olduğunu gördüm. Bu mənə çox təsir etmişdi. Tezliklə qisas almaq istəyirdim. Qardaşım Bakıda dəfn etdikdən təxminən bir həftə sonra Şərura qayıtdım. Özümə Hüseyngilin ailəsindən birini öldürməyi söz vermişdim”.

Afəddin Əliyev bir gün Hüseyngilin evinin yanından keçəndə kiminsə olub-olmadığını yoxlamaq üçün evə daxil olub. Bu zaman evdə Hüseynin bacısı Sitarəni görüb.

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, Sitarəni öldürmək üçün ona yeddi dəfə bıçaq zərbəsi endirib.

Elə həmin vaxt hadisə yerinə Sitarənin anası Pakizə gəlib. O, əlini Afəddinin ağzına salaraq yerə yıxıb. Həmin vaxt Afəddin Pakizə Qasımovanı da sinəsindən bıçaqla vurmaq istəyib. Sitarə Qasımova ifadəsində deyib ki, Afəddin Əliyevin hərəkətlərinin qarşısını almaq üçün onun üstünə qaynar su töküb. Daha sonra o, qaçaraq evdən uzaqlaşıb.



Xəbərin oxunma sayı : 1072




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap