Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Tibb bacısının ağzı “skoç“la bağlandığı üçün ölübmüş - MƏHKƏMƏ

Tarix 20.08.24, 9:08

Font ölçüsü : - / +
bitmap-img6


Astarada 77 yaşlı tibb bacısı Zeynəb Əziz qızı Məmmədovanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Elmir Ətrafil oğlu Məmmədov 13 il, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüsal Zaid oğlu Əkbərov 18 il 6 ay və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Rəşid oğlu Süleymanov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət hadisəsi ötən ilin noyabrın 10-da baş verib. Cinayətkar qrup üzvləri Astara rayonu Kakalos kənd sakini Zeynəb Məmmədovanın evinə basqın ediblər. Onlar yaşlı və ağır ürək xəstəsi olan qadının əl-qolunu, eləcə də ağız və burnunu yapışqan lentlə bağlayıblar.

Cinayətkarlar evdən 475 manat pul, 1 338 və 362 manat dəyərində qızıl üzüklər, eləcə də zərərçəkənin qulağında olan dəyəri 466 manat qiymətləndirilən qızıl sırğanı aparıblar. Hadisə yerindən uzaqlaşdıqdan sonra, Z.Məmmədovanın tənəffüs yollarının yapışqan lentlə bağlı qalması və ona yetirilən xəsarətlər qadının ölümünə səbəb olub.

Qeyd edək ki, Z.Məmmədova evdə tək yaşayırmış.//Qafqazinfo



Xəbərin oxunma sayı : 1357




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap