“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Bakıda film kimi hadisə: Evləndirmək vədi ilə dələduzluq

Tarix 11.06.26, 14:07

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda evlilik vədi ilə vətəndaşdan pul alaraq dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs oğlu ilə birlikdə əvvəlcədən əlbir olaraq tanışlarının etibarından sui-istifadə etməklə dələduzluq əməli törətməkdə ittiham olunub.

İttihama görə, onlar subay olduğunu bildikləri zərərçəkmiş şəxsi ailə qurmaq məsələsində kömək edəcəklərinə inandırıblar. Təqsirləndirilən şəxsin oğlu zərərçəkmişi guya tanışları olan A. ilə evləndirəcəklərini bildirib. Daha sonra qız evinə elçiliyə getmək, nişan üzüyü və şirniyyat almaq adı ilə zərərçəkmişdən pul tələb olunub.

İş materiallarında qeyd olunur ki, 2022-ci ilin avqust ayının sonlarında Bakıxanov qəsəbəsində yerləşən "I Love Tbilisi” restoranının qarşısında keçirilən görüş zamanı zərərçəkmiş şəxs 1550 manat məbləğində pulu təqsirləndirilən şəxslərə verib. İstintaqın qənaətinə görə, həmin vəsait əvvəlcədən qurulmuş plan əsasında ələ keçirilib.

Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş şəxslə təsadüfən tanış olub və yalnız onun ailə qurmaq istəyi barədə söhbət aparıb. Təqsirləndirilən şəxs iddia edib ki, nə zərərçəkmişə hər hansı qadını göstərib, nə də ondan pul alıb. Onun sözlərinə görə, zərərçəkmiş sonradan əsassız ittihamlar irəli sürərək ailə üzvlərini şikayət etməyə başlayıb.

Zərərçəkmiş şəxs isə məhkəmədə verdiyi ifadədə bildirib ki, təqsirləndirilən şəxsin oğlu əvvəlcə onun başqa bir problemi ilə bağlı kömək edəcəyini vəd edib, daha sonra isə evləndirilməsi məsələsini gündəmə gətirib. O, ailə qurmaq məqsədilə tanış edildiyi şəxslərə inanaraq nişan mərasiminin təşkili üçün tələb olunan 1550 manatı verdiyini deyib.

Zərərçəkmişin sözlərinə görə, sonradan məlum olub ki, nə elçilik baş tutub, nə də vəd edilən evlilik məsələsi həll olunub. Pulun geri qaytarılması ilə bağlı çoxsaylı cəhdlər nəticəsiz qaldığından o, hüquq-mühafizə orqanlarına müraciət edib.

Məhkəmə araşdırmaları nəticəsində təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi qənaətinə gəlinib.

Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Lakin məhkəmə, həmçinin "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il tarixli qərarını nəzərə alıb. Qərarın 5.1-ci bəndinə əsasən, təqsirləndirilən şəxs təyin olunmuş cəzadan azad edilib.



Xəbərin oxunma sayı : 343




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap