“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm“ - Nigar Şabanova

Tarix 17.06.26, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Əməkdar artist Nigar Şabanova canlı efirdə səhhəti ilə bağlı səmimi etiraflar edib.

AzFakt.com-un məlumatına görə, xanənədə ağır bir dövr keçirdiyini bildirərək, bir müddət hərəkət qabiliyyətində ciddi problemlər yaşadığını açıqlayıb. Onun sözlərinə görə, ayağının biri üç ay ərzində demək olar ki, işləməyib, bir ay isə yataq rejimində qalmağa məcbur olub.

Sənətçi qeyd edib ki, bu müddətdə əməliyyat keçirib, fizioterapiya prosedurlarına qatılıb və uzun müddət bərpa prosesi yaşayıb. Sənətçi iki aya yaxın müddətdə vəziyyətinin yaxşılaşmadığını da vurğulayıb.

Əməkdar artist həmin günlərin ona həyatda bir çox həqiqətləri göstərdiyini deyib. O bildirib ki, çətin dönəmdə insanların əsl simasını daha yaxşı tanımaq mümkün olur. Psixoloji baxımdan toparlanmaqda çətinlik çəkdiyini etiraf edən sənətçi bir müddət heç nəyə həvəsinin qalmadığını söyləyib.

Şabanova əlavə edib ki, həmin vaxtlarda başqa sahə üzrə təhsil alsaydı, hər şeyini sataraq başqa ölkədə yaşamağı belə düşünüb. Bununla belə, sənətini çox sevdiyini və bu peşə uğrunda böyük fədakarlıqlar etdiyini vurğulayıb.

Sənətçi hazırda səhhətinin yaxşı olduğunu və özünü daha yaxşı hiss etdiyini bildirərək, buna görə şükür etdiyini qeyd edib.(milli.az)



Xəbərin oxunma sayı : 601




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap