“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Mançester Siti” onlar üçün kisənin ağzını açdı - 311 milyon ödməyə hazırdır

Tarix 18.06.26, 23:02

Font ölçüsü : - / +
bitmap-img6


İngiltərə Premyer Liqasının nəhəngi “Mançester Siti” yarımmüdafiə xəttini tamamilə yeniləmək üçün eyni anda iki böyük transferə hazırlaşır.

Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Bernardo Silvanın “Real Madrid”ə gedişi, eləcə də Niko Qonsales və Tiyani Reyndersin komandadan ayrılma ehtimalları “şəhərlilər”i hərəkətə keçməyə məcbur edib. Baş məşqçi Enzo Mareskanın rəhbərliyi altında yeni komanda quran Mançester klubu həm “Nyukasl”ın ulduzu Sandro Tonalini, həm də “Nottingem Forest”in gənc yarımmüdafiəçisi Elliot Andersonu heyətinə qatmaq istəyir.

Klub artıq bir neçə həftədir Andersonun transferi üçün danışıqlar aparır. “Nottingem Forest”in tələb etdiyi məbləğ yüksək olsa da, “Siti” rəhbərliyi güzəştə getmək fikrində deyil. Digər tərəfdən, Sandro Tonali üçün Londonun “Tottenhem” klubu da ciddi cəhd göstərir.

Lakin Mançester təmsilçisi transfer yarışına müdaxilə edərək, italyan ulduzu öz sıralarına cəlb etmək niyyətindədir.
Mənbənin iddiasına görə, “Mançester Siti” hər iki oyunçunun transferi üçün ümumilikdə 200 milyon funt-sterlinqdən (təxminən 311 milyon avro) çox vəsait xərcləməyə hazırdır.

Qeyd edək ki, ötən mövsüm Sandro Tonali bütün turnirlərdə meydana çıxdığı 53 matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Elliot Anderson isə “Nottingem Forest” forması ilə çıxdığı 50 oyunda 4 qol vurub və 5 assist müəllifi olub.



Xəbərin oxunma sayı : 856




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap