“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İlham Əliyev Şuşada ICESCO-nun baş direktorunu qəbul edib - FOTO

Tarix 11.05.24, 12:03

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Şuşada keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlanıb.

ICESCO-nun Baş direktoru Şuşaya budəfəki səfərində burada çox böyük inkişaf proseslərinin və dəyişikliklərin şahidi olduğunu bildirib, işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış məscidlərin yerində yeni məscidlərin inşa edilməsinin İslam dininin dəyərlərinin qorunması baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və yenidənqurma işlərinin getdiyi məmnunluqla qeyd olunub.

ICESCO ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub və perspektivlər barədə fikir mübadiləsi aparılıb.
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.






Xəbərin oxunma sayı : 712




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap