Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Bölgələrdə daşınmaz əmlak niyə bahalaşır? - Ekspertlər səbəbləri açıqlayır

Tarix 11.05.26, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


Son aylarda sosial şəbəkələrdə bölgələrdə torpaq və fərdi yaşayış evlərinin qiymətlərinin sürətlə artdığı ilə bağlı paylaşımlar geniş müzakirə olunur. Xüsusilə turizm potensialı yüksək olan rayonlarda torpaq sahələrinin əvvəlki illərlə müqayisədə daha baha qiymətə təklif edilməsi diqqət çəkir. Bəzi ekspertlər bunu real bazar tələbi ilə əlaqələndirsə də, digərləri qiymət artımında süni şişirtmələrin və sosial mediada yaradılan "investisiya dalğası”nın ciddi rol oynadığını düşünür.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında daşınmaz əmlak eksperti Elnur Azadov bildirib ki, pandemiyadan sonra dünyanın bir çox ölkəsində daşınmaz əmlak bazarında ciddi bahalaşma müşahidə olunur:

"Ümumiyyətlə, pandemiyadan sonra bütün dünyada, xüsusilə inkişaf etməkdə olan ölkələrdə daşınmaz əmlakın qiymət artımı izlənilir. Hər ölkənin özünəməxsus səbəbləri və iqtisadi göstəriciləri var. Pandemiyadan sonra böyük həcmdə alıcı kütləsinin bazara daxil olması da qiymət artımını sürətləndirən əsas amillərdən biri oldu”.

Ekspertin sözlərinə görə, Azərbaycanda müşahidə olunan bahalaşmanın miqyası isə iqtisadi göstəricilərlə tam uyğun gəlmir:

"Bugünkü vəziyyətlə müqayisədə bazarda təxminən 65-70 faiz qiymət artımı var. Bu isə kifayət qədər böyük göstəricidir. Hesab edirəm ki, ölkənin mövcud iqtisadi vəziyyətinə görə bu qədər bahalaşma tam əsaslı deyil”.

Elnur Azadov qeyd edib ki, qiymət artımının əsas səbəblərindən biri tikinti sektorunda rəqabətin azalmasıdır:

"Son illərdə tikinti şirkətlərinə verilən icazələrin sayı kəskin şəkildə azalıb. Nəticədə bazarda rəqabət mühiti pozulub. Az sayda fəaliyyət göstərən tikinti şirkətləri isə bazarda normadan artıq qiymət artımına səbəb olublar. Yəni müəyyən mənada süni bahalaşma formalaşdırılıb və təəssüf ki, bu proses hazırda da davam edir”.

Ekspert əlavə edib ki, əvvəlki illərlə müqayisədə bazarda aktivliyin həcmi ciddi şəkildə aşağı düşüb:

"2016-cı illə müqayisədə hazırda tikintiyə başlayan şirkətlərin sayı təxminən 8-10 dəfə azalıb. Əsas problemlərdən biri də məhz budur”.

Onun fikrincə, bölgələrdə torpaq və ev qiymətlərinin artmasında sosial medianın da təsiri az deyil:

"Bəzi rayonlarda qiymətlər real bazar tələbindən daha çox sosial mediada yaradılan gözləntilər hesabına artırılır. İnsanlarda ‘bu gün almasam, sabah daha baha olacaq’ düşüncəsi formalaşdırılır. Bu da bazarda əlavə psixoloji təzyiq yaradır”.

Ekspert yaxın aylarda da bölgələrdə qiymətlərin yüksək səviyyədə qalacağını istisna etmir. Onun sözlərinə görə, tikinti sektorunda rəqabət artırılmasa və yeni layihələrin sayı çoxalmasa, bazarda ciddi ucuzlaşma gözlənilmir.



Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap