Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Baba Rzayevin qardaşının şirkəti məhkəməyə verildi – Cərimə oluna bilər

Tarix 30.08.24, 20:31

Font ölçüsü : - / +
bitmap-img6


Ölkənin aparıcı kabel istehsalçılarından biri olan “Göknur Bakı LTD” MMC-nin (VÖEN-1500023181) barəsində İnzibati Xətalar Məcəlləsinin 239-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Yeniavaz.com xəbər verir ki, “Göknur Bakı LTD” MMC barəsində tərtib olunan protokola Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə sentyabr ayının 11-i saat 16:50-də baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə inzibati xətaları nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 8 min 500 manatdan 10 min manatadək cərimə edilə bilər.
Onu da bildirək ki, nizamnamə kapitalı 6 milyon 349 min manat olan “Göknur Bakı LTD” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi  “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin qardaşı Rzayev Rahib Hüseynağa oğludur.





Xəbərin oxunma sayı : 778




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap