Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Gürcüstana nə qədər azərbaycanlı gedib? – İki fərqli məlumat var

Tarix 30.08.24, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk altı ayı ərzində Gürcüstana 3 milyon 21 min 67 əcnəbi səfər edib və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur.

Yeniavaz.com Gürcüstan Milli Turizm Administrasiyasının məlumatlarına istinadən xəbər verir ki, ölkəyə daxil olan əcnəbilərin 2 milyon 124 min nəfəri turizm məqsədi ilə səfər edib.
Bu məqsədlə Gürcüstana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10% artıb.
Gürcüstana səfər edən əcnəbilərin arasında Azərbaycan vətəndaşları 5-ci sırada yer alıblar. Gürcüstan Milli Turizm Administrasiyasının məlumatında bildirilir ki, bu ilin ilk yarısında ölkəyə 99 min 472 Azərbaycan vətəndaşı səfər edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16% artıb.
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı məlumatla Gürcüstan Milli Turizm Administrasiyasının açıqladığı məlumatlar arasında fərqlər var. Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, bu ilin ilk yarısında Gürcüstana 87 min 543 Azərbaycan vətəndaşı səfər edib və onların 47 min 956 nəfəri qonşu ölkəyə turizm məqsədi ilə gedib.
Onu da eyd edək ki, bu ilin ilk yarısında Gürücstana ən çox Türkiyə (623 min 972 nəfər), Rusiya (527 min 519 nəfər), Ermənistan (387 min 691 nəfər) və İsrail (126 min 213 nəfər) vətəndaşları səfər ediblər.



Xəbərin oxunma sayı : 892




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap