| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Əli Həsənovla bağlı böyük müəmma çözüldü - Bacanağı onun həbs olunmamasının sirrini açdı
Tarix 12.11.21, 17:32 |
|
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "KİVDF işi" üzrə keçirilən növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslərin ifadəsi və onların arasında baş verən mübahisə xeyli qaranlıq məqamlara işıq salıb.
Məlumdur ki, jurnalist binalarının tikintisinə ayrılmış dövlət vəsaitlərinin əhəmiyyətli hissəsi ləğv edilmiş KİVDF rəhbərliyi və tikintini aparan "Portos" MMC tərəfindən mənimsənilib. Məhkəmədə ona aydınlıq gəlib ki, milyonlar necə, kimlər tərəfindən ələ keçirilib və hansı üsulla qaytarılıb...
Prosesdə təqsirləndirilən şəxs, "Portos" MMC-nin direktoru olmuş Ədalət Vəliyev ifadəsində bildirib ki, onu vəzifəyə təsisçi təyin edib. "Portos" MMC-də direktor olmasından isə iki ay sonra xəbəri olub:
"Mən nə işə getmişəm, nə binaya. Mən, sadəcə, şirkətin mühasibinin verdiyi sənədlərə qol çəkmişəm. Heç oxuyub-yaza da bilmirəm. Ona görə bilmirdim həmin sənədlərdə nə yazılıb. Guya məni işə götürüblər. İki ay sonra bildim ki, direktor olmuşam. Sadəcə, səhlənkarlıq edib inanmışam. İşlədiyim müddət ərzində də cəmi iki aylıq 1002 manat pul almışam".

Məhkəmədə məlum olub ki, Vəliyev dövlətə vurulmuş ziyanın əvəzi olaraq 1 milyon manat nağd pul və 35 milyonluq daşınmaz əmlak verib. Digər təqsirləndirilən şəxslərin vəkilləri ondan soruşub ki, əgər onun heç bir qazancı olmayıb, hətta işlədiyi müddətdə normal qaydada maaş belə almayıbsa, bu qədər vəsaiti niyə ödəyib? Başqa bir sual da belə olub ki, həmin pul və əmlaklar onda haradan idi? Yox, əgər özü ödəməyibsə, sadəcə, onun adından ödənilibsə, həmin şəxs kim olub?
"İstintaq tələb elədi, mən də verdim...", – Vəliyevin cavabı belə olub.
Vəkillər ondan sözügedən daşınmaz əmlak(lar)ın harada yerləşdiyini soruşsalar da, Vəliyev əmlakın yerini deyə bilməyib: "Harada yerləşdiyini bilmirəm". Daha sonra prosesdə iş üzrə barəsində həbs-qətimkan tədbiri seçilən Nadir Məmmədov Ədalət Vəliyevlə üzləşdirilib və bu zaman mübahisə yaranıb.
Nadir Məmmədov deyib: "Sən 32 milyonu hardan alıb ödəmisən? Yekə adamsan, kimsə o pulu sənə verib, sən də ödəmisən. 63 yaşım var mənim, 8 aydır həbsdəyəm. Mən ölürəm artıq".
Ədalət Vəliyevin ifadəsindəki ziddiyətli informasiyalar məsələnin mahiyyətinə aydınlıq gətirir. Məlum olur ki, onu direktor vəzifəsinə təsisçi təyin edib, amma özü bundan iki ay sonra xəbər tutub. İşi isə sənədlərə qol çəkmək olub. Deməli, Ə.Vəliyev həmin vəzifəyə "Portos" MMC-nin həmin dövrdə əsas sahibi olan PA-nın keçmiş şöbə müdiri Əli Həsənov tərəfindən formal olaraq təyin olunub. Niyə məhz Ədalət müəllim? "AzPolitika.info"nun əldə etdiyi məlumata görə o, Əli Həsənovun yaxın qohumu -bacanağıdır. Sadə dillə ifadə eləsək, mənimsəmə əməliyyatlarında Vəliyevin adından, imzasından istifadə olunub. Keçmiş direktor etiraf edir ki, yazıb-oxuya bilməyib, cəmi 500 manat maaş alıb. Burada Vəliyevin bir imzası ilə milyonlarla manatı cibə qoyan təsisçinin insafsızlığı, tamahkarlığı başqa bir mövzudur. İlk baxışdan ziddiyətli, əslində məlum olan məsələ bu fağır direktorun istintaqa 35 milyonluq əmlak, 1 milyon nağd pulu necə, haradan ödəməsidir. 500 manata qol çəkən, elementar savada malik olmayan Ədalət Vəliyevin belə bir imkana sahib olmadığı aydındır. Prosesdə etiraf edir ki, həmin əmlakın harada yerləşdiyindən belə xəbərsizdir. Bu gerçəkliyi təqsirləndirlən Nadir Məmmədov onun üzünə çırpıb: "Sən 32 milyonu hardan alıb ödəmisən? Yekə adamsan, kimsə o pulu sənə verib, sən də ödəmisən..."
Mənzərə tam aydınlaşır: sözügedən əmlak və pul kimə məxsus olub? Cavab ritorikdir - "Portos" MMC-nin təsisçisinə. Həmin dövrdə şirkət kimin əlində olub? - Əli Həsənovun!

Beləliklə, keçmiş şöbə müdirinin cinayət məsuliyyətindən necə yaxa qurtardığına aydınlıq gəlib: O, 3 binanın tikintisində korrupsiya yolu ilə əldə etdiyi vəsaitlərin əvəzində 35 milyonluq əmlak və 1 milyon nağd pul ödəyərək, canını həbsdən qurtarıb. Bunu isə çox böyük ehtimalla, məqsədli şəkildə bacanağının dilindən məhkəmədə cəmiyyətə açıqlayıb. Amma maraqlıdır ki, dövlətə dəymiş ziyanın ödənilməsi haqda nə istintaq materiallarında məlumat var, nə də məhkəmədə bu barədə açıqlama verilib...
Onu da qeyd edək ki, Əli Həsənov hazırda evində istirahət edir, arabir isə sosial şəbəkələrdə dövlətçilikdən, vətənpərvərlikdən statuslar paylaşır...
Dövlət vəsaitlərinin talanmasında istifadə olunan "Portos" MMC-nin aqibətinə gəlincə, Dövlət Vergi Xidmətinin informasiya bazasında yerləşdirilən informasiyadan görünür ki, şirkət Əli Həsənovun əlindən çıxıb. Belə ki, MMC-yə Dövlət Reyestrindən son dəfə verilmiş çıxarışın tarixi kimi 17.02.2021-ci il göstərilir. Hazırda MMC-nin qanuni təmsilçisi isə Səfərov İlqar Şamil oğludur. Ehtimal ki, korrupsiya qalmaqalından sonra keçmiş şöbə müdiri şirkətdəki hissələrini əvvəlki sahibi Mehrac Babayevə qaytarıb.
Xəbərin oxunma sayı : 2014
Gündəm
Xəbərlər
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü - Astarada
-
Xaricdə istirahət lüksə çevrilir: Azərbaycanlı turistlər seçimlərini dəyişir
-
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
-
“Putin Trampa İranın mövqeyini çatdırıb“ - Kreml
-
Salyanda kişi arvadını döydü - Balıq bişirmədiyinə görə
-
Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - VİDEO
-
Türkiyədə bu şəxslərə sosial mediaya giriş qadağan olunacaq - 1 noyabrdan
-
“Azərişıq” cənub regionunda fasiləsiz çalışır - VİDEO
-
Portuqaliyadan şok Ronaldo qərarı: Cəza verildi, intizam araşdırması başladı
-
Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı - SİYAHI
-
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTOLAR
-
ABŞ Ukraynanı hədələdi: Hücumları dayandır, yoxsa...
-
Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də - Fotolar
-
Natiq Əlisoyun dövlət sifarişləri 25 milyon manata yaxınlaşır - Yeni mənzil tenderi
-
Qadını şantaj edən gənc həbs olundu - TƏFƏRRÜAT
-
İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTOLAR
-
“Aqrarkredit” ala bilmədiyi borcları satışa çıxardı - 90 milyon manata yaxın...
-
“Zorakılığa və ədalətsizliyə boyun əyməyəcəyik“ - Pezeşkian
-
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
-
Şahbaz Şərif İlham Əliyevə zəng etdi - Nələr müzakrə olunub?
-
Yeni təyin olunan hakim şəhid qardaşıdır - FOTO
-
Azərbaycanda 33 milyonluq şirkət yaradıldı - Qanuni təmsilçisi kimdir?
-
“Putinin 10 ildir edə bilmədiyini mən iki gündə etdim” - Tramp
-
Zakir Quliyev məşhur obyektini satışa çıxardıb -10 milyon dollara
-
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - Sabahın havası
-
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltdı - Zelenski od püskürdü...
-
Kənan Aşurlu dövlət hesabına maşın alır -159 minlik
-
Pakistan döyüş təyyarələri husiləri vurub - “The New York Times”
-
Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?
-
Yunanıstan və İspaniya “Patriot” raketlərini Ukraynaya verməkdən imtina edir - “The Telegraph”
-
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur - Təfərrüat
-
Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM
-
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SƏRƏNCAM
-
Masazırda 4 avtomobil yanıb kül oldu - VİDEO
-
Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
-
Süni intellekt bəşəriyyəti öz ssenarisi ilə məhv edə bilər - Xəbərdarlıq
-
Azərbaycanda orta ömür 77 ili ötüb - Səhiyyə Nazirliyinin rəsmisi
-
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
-
Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO
-
Çindən avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir?
-
Astara rayonunda sitrus bağları susuz qalıb - VİDEO
-
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı - FOTO
-
“Sabah“ azarkeşlərə müraciət etdi - “Xüsusi avtobus marşrutları təşkil olunacaq“
-
Beyləqanda şagirdlər hazırladıqları qidadan zəhərləniblər – Fotolar
-
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: - Vəfa Şərifovanın qardaşına 7 min manat ödəyəcək
-
Xəzərin dayazlaşması həm də çay axınının azalması ilə bağlıdır - Prezident
-
Bakıda bu yollar üç gecə bağlı olacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanın xaricdəki səfirliklərinə yeni səlahiyyət verildi - Dəyişiklik
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında görüş keçirildi - FOTOLAR
-
Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlanıb - Bakı neçənci yerdədir?
-
Məktəblərdə elektron sistemlər yenilənir - MİLYONLUQ LAYİHƏ
-
Prezident Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır” - “The New York Times”
-
Bu gün Bakıya güclü yağış yağacaq - Sel riski olan ərazilər açıqlandı
-
Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda şok oğurluq
-
Azərbaycanın xarici dövlət borcu nə qədərdir? - Rəqəmlər açıqlandı
-
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
-
Preident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - FOTOLAR
-
Yük maşını ilə daşınan sumağın yerə boşaldılması realdır? - RƏSMİ AÇIQLAMA
-
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır“ - Prezident
-
“Makler” “Real MTK”-dan mənzil sataraq dələduzluq etdi, İlham Qasımov dindirildi - MƏHKƏMƏ
-
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
-
Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir - Prezident
-
Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - Yeni təyinatlar
-
Binəqədidə 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 133 dolları ötdü
-
Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın
-
İlham Əliyev iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə getdi - Fotolar
-
Bakının mərkəzində yeni yolun çəkilişi niyə ləng gedir? - VİDEO
-
Moskvaya uçan 10-dan çox təyyarə ehtiyat hava limanlarına yönləndirilib - TASS
-
Trampın sülh səylərinin Nobel mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - Prezident
-
Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir
-
Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit imkanları təqdim edir
-
İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO
-
Sinif yoldaşını öldürən şəxsə “dəlilik“ kağızı hazırlanır? - VİDEO
-
Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb - İşgəncələrlə bağlı
-
Azərbaycanlılar Hindistandan mal əti gətirirlər - 4 manata
-
London Moskvanın nəfəsliyini kəsir - Yeni sanksiyalar elan edildi
-
Məktəb servisi saatlarla gecikir - “2School”la bağlı ŞİKAYƏTLƏR artır
-
Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü
-
İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi söhbəti oldu - VİDEO
-
Səs-küy yaradan 23 motosiklet sürücüsü məsuliyyətə cəlb edildi - Video
-
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur - Rəsmi
-
“Vətənpərvərlər“ İctimai Birliyinin sədri həbs edildi - SƏBƏB
-
Sabah leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir
-
AAYDA-da yeni rəis müavinləri təyin edildi - FOTO
-
Dövlət sərhədini pozmağa cəhd etdilər - Saxlanıldılar
-
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam“
-
“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzlidir“ - Milli Məclis
-
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
-
Nazirlikdəki mənimsənilən 160 milyon manat...- General zərərin nə qədərini geri qaytardı?
-
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Cəbrayılda mina partladı: Mal-qara otaran sakin xəsarət aldı
-
Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?
-
Prezident ona yüksək vəzifə verdi - DSK-nın sədr müavini dəyişdi + DOSYE
-
Nazirliyin sabiq aparat rəhbəri ABŞ-da yeni şirkət təsis etdi - FOTO
-
Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılacaq - TƏSDİQLƏNDİ
-
Putin “General Armageddon”u müharibəyə cəlb etdi - Qarşısına bu tapşırığı qoydu
-
Azərbaycanda “Stop-Kredit” xidməti istifadəyə verilib - DETALLAR
-
“Kristal” “daxili kredit”i ilə vətəndaşları necə soyur? - FAKTLAR
-
Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
-
Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - FOTO
-
Heyvan kəsiminə çəki və yaş həddi qoyulur - Ət bazarında QITLIQ yarancaq?
-
Regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ
-
Sosial şəbəkədə “qəhrəmanlıq” 7 min manata başa gəldi - Məhkəmə işi
-
Barəsində cinayət işi olan məktəb direktoru nazirlik tərəfindən mükafatlandırıldı - Qarşı tərəf xəbəri təkzib edir
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
-
Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş - FOTO
-
“Qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır“ - İlham Əliyev
-
Paşinyan Medvedevə cavab verib: Ermənistan heç nəyə çevrilməyəcək
-
Abşeronda işdən çıxarılan xəstəxana əməkdaşı baş həkimin müavinini bıçaqladı - TƏFƏRRÜAT
-
“Golden Street“ hotelinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
-
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb - Prezident
-
Hörmüzdən gündə 20 milyon barel neft keçir - CENTCOM
-
Dövlət xidmətində qanunsuz əməllər - Cinayət işi məhkəməyə göndərilib
-
Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTOLAR
TOP 10
ARXİV






