Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Pendir sexinin tullantı suyunu kanala axıdan sahibkar niyə cəzalandırılmır? - Qurumlarla anlaşdığı deyilir

Tarix 30.08.24, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan rayon Dünyamalılar kəndində sahibkar Vəliyev Zamiq Mülkədar oğluna məxsus pendir istehsal edən sexdən şikayət var. 

AzFakt.com ötən həftə sahibkar Zamiq Vəliyevin pendir sexinin tullantı suyunun ərazidən keçən kanala axıdılması barədə məlumat vermişdi.

Açıklama yok.

Qeyd etmişdik ki, kənd uşaqlarınını yay aylarında çimdiyi bu kanal pendir sexinin tullantı suyuna görə artıq xəstəlik mənbəyinə çevrilib. Hətta son 2 ildə bir neçə uşaq kanalda çimdikdən sonra müxtəlif dəri xəstəliyinə yoluxublar. 

Bildirilir ki, məhz pendir sexindən kanala tökülən kimyəvi tullantı kanal suyunun tərkibini zəhərləyir.

Zamiq Vəliyevin rəhbərlik etdiyi sexin bu əməli barədə ETSN-nin Regional idarəsinin xəbərdar olmasına baxmayaraq, nədənsə məsələyə göz yumulur. Kənd sakinləri iddia edirlər ki, Zamiq Vəliyev aidiyyatı orqanlarla anlaşdığını deyir. 

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



Xəbərin oxunma sayı : 847




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap