“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Samur-Abşeron kanalı quruyur? - VİDEO

Tarix 10.08.25, 9:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın əsas suvarma mənbələrindən biri olan Samur-Abşeron kanalında bir neçə gün əvvəl suyun tamamilə quruması ilə bağlı məlumatlar yayılmışdı.

Məsələni yerində araşdırmaq üçün Bizim.Media-nın çəkiliş qrupu Qusarın Samur qəsəbəsindəki Baş Hidroqovşağa yollanıb.

Məlum olub ki, kanalda su var və quruma tam şəkildə baş verməyib. Hazırda kanalda saniyədə 9 kubmetr su axır və öz mənbəyini Rusiya-Azərbaycan sərhədindəki Samur çayından götürür.

Samur-Abşeron kanalı, Azərbaycanın şimal bölgələrini suvarma suyu ilə təmin edir. Kanalın suyu əvvəlcə Şabran rayonundakı Taxtakörpü su anbarına, oradan isə Ceyranbatan su anbarına ötürülür.

Qeyd edək ki, hazırda Xaçmaz və Şabran rayonlarında suvarma ilə bağlı çətinlik yaşanır. Xaçmaz Su-Meliorasiya İdarəsinin məlumatına görə, tələbat yüksəkdir, lakin Samur-Abşeron kanalından saniyədə cəmi 6 kubmetr su verilir. Hazırkı su həcmi isə 35 min hektar sahənin suvarılması üçün kifayət etmir. Yəni, əhali çətinlik çəkir.

Ətraflı Bizim.Media-nın videosüjetində:




Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap