Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Subsidiyaların ayrılması ucuzlaşma yaradacaq? - ARAŞDIRMA

Tarix 31.08.24, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Aqrar Subsidiya Şurasının iclasında Azərbaycanda suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi məqsədilə subsidiyanın artırılması məsələsinə baxılacağı gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev sözlərinə görə, Aqrar Subsidiya Şurası hər il ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının növünə görə subsidiyaların əmsallarını müəyyən edir:

“Prioritet hədəflərdən biri idarə edilən suvarma sistemlərinin təşviqinin genişləndirilməsi olacaq. Azərbaycanda idarə edilən suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi daha çox subsidiyanın verilməsi nəzərdə tutur”.

F. Tağıyev qeyd edib ki, ötən il 8 349 hektar ərazinin müasir suvarma ilə təmin edilməsi üçün 19,3 milyon manat subsidiya ayrılıb, bu ilin 6 ayında isə 1 886 hektar ərazi üçün 4,1 milyon manat vəsait sərf edilib.

Maraqlıdır, suvarma üçün subsidiya ayrıldığına görə əkin sahələri artacaq? Bu, yüksək məhsuldarlığa təsir edə bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, müasir suvarma sistemlərinin tətbiqi bitkiçilikdə suya təlabatı 8-10 dəfə aşağı salır:

“Həmçinin müasir suvarma sistemləri vasitəsilə suvarılan torpaqların şoranlaşma ehtimalı sıfıra yaxınlaşır. Bu da şoranlaşma səbəbindən məhsuldarlığın aşağı düşməsinin qarşısını alır. Yəni müasir suvarma sistemləri hərtərəfli şəkildə məhsuldarlığın yüksəlməsinə şərait yaradır. Həm də su qıtlığının aradan qaldırılmasına təsir edir”.

Ekspert bildirib ki, ötən ilin nəticələrinə baxsaq, Azərbaycanda cəmi 40 min hektara yaxın ərazidə müasir suvarma sistemləri quraşdırılıb:

“Bu da ölkədə suvarılan torpaqların cəmi 10 faizə yaxınını təşkil edir. Biz nəticədən o vaxt danışa bilərik ki, ən azı suvarılan torpaqların yarısı müasir suvarma sistemləri ilə suvarılsın. İkinci tərəfdən, müasir suvarma sistemlərinin tətbiqi daha çox torpaq sahəsinin suvarılmasına imkan verəcək. Ona görə ki, ilk olaraq suya qənaət edir və o qənaət hesabına digər ərazilərin də suvarılmasına imkan yaradılır”.

Ekspert vurğulayıb ki, müasir suvarma sistemlərin tətbiqi müəyyən mənada relyefdən asılılığı da aradan qaldıra bilir:

“Məsələn, dağ yamaclarında belə bu suvarma sisteminlərini quraşdırıb dəmyə torpaqlarını suvarmaq mümkündür. Həmçinin müasir suvarma sistemlərinin quraşdırılması əkin sahələrini genişləndirə bilər. O baxımdan, müasir suvarma sistemlərin artırılması zəruridir”.

O nəzərə çatdırıb ki, Azərbaycanda 2 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq var:

“İntensiv suvarılan ərazilər təxminən 400 min hektardır. Bizim kənd təsərrüfatına yararlı 1,6 milyon hektar ərazimiz var ki, bəzi torpaqlarda dəmyə üsulla məhsul götürmək üçün əkirik, 500- 600 min hektar ərazi isə ümumiyyətlə, becərilmir.

Bu mənada Azərbaycanın potensialı genişdir. Sadəcə olaraq bu istiqamətdə müasir suvarma sisteminin tətbiqinin genişləndirilməsi istiqamətində daha çox iş görmək lazımdır. Rəqəmlərdən göründüyü kimi, suvarma sisteminin quraşdırılması üçün ötən ilə nisbətən bu il daha az vəsait ayrılıb”.

A. Nəsirli qeyd edib ki, subsidiya şərtlərini yumşaltmaq lazımdır:

“Hazırda 50 hektardan aşağı torpağı olan fermerlərə müasir suvarma sistemlərinin quraşdırılması üçün subsidiya ayrılmır. Mən hesab edirəm ki, bu ən azı 2 dəfə aşağı salınmalıdır. Kiçik fermerlərin də subsidiyadan yaralanması üçün addımlar atılmalıdır. Əgər bu prosesdə dəyişiklik olarsa, o zaman məhsuldarlığın artmasından danışa bilərik”.



Xəbərin oxunma sayı : 955




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap