Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Sumqayıtın yollarını təmir edəcək müəmmalı şirkət - “Proqress İnşaat An“ MMC

Tarix 31.08.24, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Şəhər İcra Hakimiyyəti küçə, prospekt və məhəllə-mikrorayon ərazilərinin asfalt örtüyünün, eyni zamanda yaşayış binalarının fasad və girişlərinin əsaslı təmiri ilə bağlı elan etdiyi tenderlərə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, hər iki tenderin qalibi "Proqress İnşaat An" MMC seçilib. 

İcra hakimiyyəti küçə, prospekt və məhəllə-mikrorayon ərazilərinin asfalt örtüyünün təmirinə görə şirkətə 1 149 564,97 manat, yaşayış binalarının fasad və girişlərinin əsaslı təmirinə görə isə 718 547,03 manat ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Proqress İnşaat EN" MMC 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.

Üç ildir fəaliyyət göstərməsinə baxmayaraq, şirkət vaxtaşırı dövlət satınalmaları ilə bağlı keçirilən müsabiqələrdə qalib olur. 

Maraqlıdır ki, iri məbləğli tenderlərin qalibi seçilən "Proqress İnşaat An" MMC haqqında heç bir məlumat yoxdur. Şirkətin hətta veb-səhifəsi mövcud deyil. 

"Proqress İnşaat An"ın qanuni təmsilçisi Nizaim İslamov haqqında heç bir məlumata rast gəlinmir. 

Ehtimal etmək olar ki, şirkət sadəcə tender əməliyyatlarını həyata keçirmək üçün təsis edilib. 




Xəbərin oxunma sayı : 787




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap