Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Avropa Rusiyanın əsas zəif nöqtəsinə zərbə endirməlidir - “Forbes“

Tarix 28.09.25, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya iqtisadiyyatını hərbiləşdirərək yeni imkanlar əldə etsə də, bu, eyni zamanda onun əsas zəif tərəfini üzə çıxarıb.

"Forbes" xəbər verir ki, Avropa hərbi planlaşdırıcılarının diqqəti məhz bu zəifliyin üzərinə yönəlməlidir.

Məqalədə qeyd olunur ki, Rusiya hazırda ABŞ və Çin kimi qlobal enerji imperiyasının bir hissəsi olaraq xammal ticarəti və tədarük zəncirlərində mühüm rol oynayır. Lakin ölkənin təcrid olunmuş və əsasən xammal sektoruna bağlı iqtisadiyyatı onu Çindən asılı vəziyyətə salıb: Rusiyaya yüksək texnologiyaların təxminən 90 faizi məhz bu ölkədən gətirilir.

Bununla yanaşı, Qərb siyasətçiləri də Rusiyanın hərbi iqtisadiyyatından müəyyən dərslər çıxara bilər. Hazırda Rusiyanın dövlət borcu ÜDM-in cəmi 20 faizinə bərabərdir və bu, ABŞ, Böyük Britaniya, Fransa, Çin, İtaliya və Yaponiyadan fərqli olaraq ölkəni böyük borc yükündən azad edir. Tarixçi Niall Ferqyusonun sözlərinə görə, borc xərclərinə ordusundan daha çox pul ayıran heç bir imperiya sağ qalmayıb.

2008-ci ildən sonra Rusiya ordusunda aparılan islahatlar nəticəsində bəzi istiqamətlər uğursuz olsa da, hərbi texnika nəzərəçarpacaq dərəcədə gücləndirilib. Müqayisə üçün, Almaniya, İspaniya və İtaliya modernizasiya prosesinə ehtiyac duyur, İrlandiya isə ordusunu demək olar ki, sıfırdan qurmalıdır.

"Forbes" həmçinin Rusiyanın "total müharibə” konsepsiyasını önə çəkir. Bu yanaşmaya kiberhücumlar, sərhəd yoxlamaları, təbliğat və gizli əməliyyatlar daxildir. Avropa hava məkanına pilotsuz uçuş aparatlarının və təyyarələrin daxil olması, kiberhücumlarla müşayiət olunması Rusiyanın Avropa müdafiəsini, eləcə də ABŞ-ın NATO qarşısında öhdəliklərini sınamasının göstəricisi kimi qiymətləndirilir.

Məqalədə Avropa üçün əsas vəzifə Rusiyanın zəif iqtisadiyyatını daha da çətin vəziyyətə salmaq kimi təqdim olunur. Əmək bazarı, bank sektoru və istehlak bazarı bu baxımdan ən həssas sahələrdir. ABŞ Müdafiə Nazirliyi artıq maliyyə bazarları üzrə ekspertləri rəqib ölkələrin iqtisadi zəifliklərini öyrənməyə cəlb edib. "Forbes" analitiklərinin fikrincə, Avropa da bu yolla getməlidir. Hazırkı sanksiya rejimi isə hələ yetərincə təsirli deyil: Yunan gəmi sahiblərinin rus neft-qaz ixracına yardım göstərməsi, Avstriya və Kipr vasitəsilə rus pullarının Avropaya daxil olması, həmçinin rus turistlərinin davamlı axını buna sübutdur.

Finlandiya prezidenti Aleksandr Stubb isə bildirib ki, Avropanın qəbul etdiyi 19-cu sanksiya paketi artıq Rusiyanın iqtisadiyyatına ciddi təsir göstərir:

"Onların ehtiyatları tükənib. İnflyasiya və faiz dərəcələri 20 faizi keçir. İqtisadi artım ya sıfır, ya da mənfidir. Vergiləri artırmaq məcburiyyətində qalacaqlar. Rusiya müharibənin iqtisadi qiymətini görür”.

ABŞ-ın prezidenti Donald Tramp da oxşar mövqe ifadə edərək qeyd edib ki, Moskva milyonlarla dollarını bombalara və raketlərə xərcləsə də, Ukrayna ərazisində nəzərəçarpacaq irəliləyiş əldə edə bilməyib. O, Rusiyanın iqtisadiyyatını "cəhənnəmə yuvarlanan” bir sistem kimi xarakterizə edib.



Xəbərin oxunma sayı : 496




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap