Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Rusiyaya istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq - Lavrov

Tarix 27.09.25, 22:57

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiya NATO ölkələrinə hücum etməyi düşünmür. Eyni zamanda, Rusiyaya qarşı istənilən təcavüz sərt və qətiyyətli cavabla qarşılanacaq”.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"Rusiyanın heç vaxt belə niyyəti olmayıb və yoxdur. Bununla belə, mənim ölkəmə qarşı hər hansı təcavüz qətiyyətlə qarşılanacaq", - Lavrov bildirib.

Lavrov bildirib ki, NATO və Avropa İttifaqı (Aİ) nümayəndələrinin bu məsələdə şübhəsi olmamalıdır. Onun sözlərinə görə, Qərb siyasətçiləri arasında elələri var ki, öz vətəndaşlarına Rusiya ilə münaqişənin qaçılmaz olduğunu təlqin edir və qənaətin sərtləşdirilməsinə çağırır, həm də açıq şəkildə Kalininqrad vilayətinə və Rusiyanın digər regionlarına qarşı təcavüzə hazırlıqdan danışırlar.

Bundan əlavə, Lavrov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bu cür təxribat xarakterli bəyanatları təkzib edib və vurğulayıb ki, NATO və Aİ ölkələrinə hücum planlaşdırılması ilə bağlı əsassız ittihamlara baxmayaraq, Rusiyaya qarşı güc tətbiqi hədələri getdikcə daha tez-tez səsləndirilir.

Çıxışı zamanı Lavrov həmçinin bildirib ki, bu gün dünya, beynəlxalq oyunçuların Birləşmiş Millətlər Təşkilatının (BMT) müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı qərarını “dəfn etmək” cəhdləri ilə üz-üzədir. O düşünür ki, mövcud vəziyyət belə bir inkişafın qarşısını almaq üçün təcili tədbirlər tələb edir və bu mövqe Fələstin məsələsinə dair Beynəlxalq Ali Konfransın iştirakçıları tərəfindən də qəti şəkildə dəstəklənib.



Xəbərin oxunma sayı : 1198




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap