Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...

Tarix 02.06.26, 10:08

Font ölçüsü : - / +
bitmap-img6


Son illər dünyada 6 saatlıq iş günü modeli ilə bağlı müzakirələr genişlənir. Xüsusilə psixoloji yüklənmə, işçi məmnuniyyəti və əmək məhsuldarlığı ilə bağlı aparılan araşdırmalar fonunda bir sıra ölkələrdə iş saatlarının azaldılması istiqamətində addımlar atılır.

Azərbaycanda da bu modelin gələcəkdə daha geniş tətbiq olunub-olunmayacağı maraq doğuran məsələlərdənidir. İqtisadçı Vahid Əhmədov bildirib ki, 6 saatlıq iş günü əvvəllər də bəzi sahələrdə tətbiq olunub. Onun sözlərinə görə, xüsusilə ağır və zərərli sahələrdə qısaldılmış iş rejimi praktikası mövcud olub: "Ağır sənaye və zərərli iş yerlərində əvvəllər də altı saatlıq iş günü tətbiq edilirdi. Son vaxtlar isə ümumilikdə iş saatlarının azaldılması məsələsi daha çox müzakirə olunur”. Vahid Əhmədov hesab edir ki, texnologiyaların inkişafı iş rejimlərinin dəyişməsinə təsir göstərir. Azərbaycanda 6 saatlıq iş rejiminin tətbiqinə niyə keçid olunmur? Onlayn iş təcrübəsinin inkişaf etdiyi vaxtda 8-9 saatlıq ofis işinə nə ehtiyac var? Bu, həm də tıxacların azalmasına səbəb olmazmı?

AzFakt.com xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, ölkəmizdə 6 saatlıq iş rejiminə keçid hazırda o qədər də praktiki deyil: pizza mizza

"Bəzi sahələrdə işçini 12-14 saat işlədirlər. Bütün sahələrdə 8 saatlıq iş rejiminə keçə bilməmişik. Belə olan halda 6 saatlıq iş rejimi müzakirə mövzusu ola bilərmi?! Texnologiya inkişaf etdikcə xarici ölkələrdə biznes sahələri iş vaxtını və iş günlərini qısaldır. Bunun müqabilində onlar nə əmək haqqını azaldırlar, nə də məhsuldarlıq aşağı düşür. Yəni, 8 saata əldə etdikləri iş, 4-5 saata başa gəlir. Nəticədə şirkətlər itirmir, əksinə qazanırlar. Çünki müəssisə də xərclərini azalda bilir. Beləliklə, nə işçi, nə də işə götürən uduzmur. Əvvəlki hasilat norması olduğu kimi qalır. Azərbaycanda bunu özəl sektor tətbiq edə bilər. Dövlət sektorunda isə 8 saatlıq iş rejimidir və mümkün deyil. Özəl qurumlar istəyərlərsə, bunu tətbiq edə bilərlər. Ancaq bir məsələ də var ki, Azərbaycanda sahələrə hələ o səviyyədə yüksək texnologiya, süni intellekt, robot tətbiqi müşahidə edilmir. Bu məsələdə dünyanın əsas aparıcı dövlətlərindən geridəyik. Bu baxımdan ölkəmizdə iş saatının qısaldılması aktual deyil. İşə götürən məsafədən iş məsələsini tətbiq edə bilər. Və ya iş vaxtını qısalda bilər. Bunu qanunla tənzimləyə ehtiyac yoxdur. Təəssüf ki, bəzi sektorlarda, məsələn, tikinti, ticarət kimi sahələrdə işçini 10-12 saat işlədib, 8 saatın pulunu verirlər”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, iş saatının qısaldılması vacibdir və tətbiqinə ehtiyac var: 

"Pandemiya dönəmindən məsafədən işi təşkili təcrübəsi var. Müəyyən tədbirlər olan zaman bunu məsafədən təşkil etmək olursa, biz bunu niyə il boyu tətbiq etməyək. Digər önəmli məsələ isə 2026-2026-cı illər üçün nəzərdə tutulan rəqəmsal keçiddir. Məsələn, 2019-cu ildən Azərbaycanda elektron çıxarışlara keçid edilib. Çıxarışların bəzilərində köhnə ünvan qeyd olunub, yeni ünvan isə boş saxlanılıb. Vətəndaş ev və ya ofisdən çıxmadan mobil notariatla əməliyyat icra etmək istədikdə bu çıxarış tanınmır. Qeyd edilir ki, əlavə kağızlarla birlikdə notariusa getməyə ehtiyac var. ASAN xidmətə müraciət etdikdə bildirilir ki, əmlak rayonda yerləşdiyi üçün vətəndaş yerli idarəyə getməlidir. Bu göstərir ki, rəqəmsal çıxarış olsa da, hər hansısa çatışmayan elementi düzəltmək üçün yenə də fiziki getməyə ehtiyac var. Bu isə özlüyündə fiziki yüklənməyə zəmin yaradır. Bu baxımdan məsafədən işin təşkili artmalıdır, onlayn müraciət imkanları yaradılmalıdır. Bütün bunlar əlbəttə ki, birbaşa tıxaclara təsir edən məqamlardan biridir”.



Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap