“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Fatimə-Nazilə davası davam edir: Rəqqasə axtarışa verilə bilər

Tarix 02.02.24, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


"Rəqqasə Fatimə Fətəliyeva barəsində olan məhkəmə qərarını icra etməkdən boyun qaçırır".

Bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərlinin vəkili Fuad Bədəlov deyib. O bildirib ki, bu səbəbdən rəqqasə Fatimənin axtarışa verilməsi ilə bağlı icra orqanlarına müraciət olunub:

"Məhkəmə qərarı tam icra olunmayıb. İcra tədbirləri görülüb, sadəcə icra olunmayıb. İcra müddəti başa çatıb, artıq barəsində tədbirlər görüləcək. Əgər icra məmuru hansısa icra tədbirləri düzgün görməyibsə, barəsidə şikayət verilir, yox borclu yayınırsa, borclu barəsində axtarış verilir. Rəqqasə Fatimə barəsində axtarış verilib, məcburi icra tədbirlərinin görülməsi ilə bağlı müraciət olunub".

Qaynarinfo məsələ ilə bağlı Fatimə Fətəliyeva ilə əlaqə saxlayıb. Lakin rəqqasə bu barədə danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva arasında gedən məhkəmə birincinin xeyrinə başa çatıb. Nərimanov Rayon Məhkəməsində Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmədə iddiaçı Nazilə Səfərlinin ərizəsində bildirilib ki, o, səbəbsiz yerə Fatimə Fətəliyeva tərəfindən təhqir edilib.

Məhkəmə zamanı "şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia qismən təmin olunub. Qətnamədə Fətəliyevanın elə eyni hesabdan işlətdiyi ifadələrə görə video şəklində təkzib verməsi tələb olunub.

Xatırladaq ki, Fatimə Fətəliyeva sosial şəbəkənin canlı yayımında "Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama, ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm", deyib.



Xəbərin oxunma sayı : 892




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap