Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

“Şahdəniz”də hasilat bərpa olundu - Avropaya qaz nəqli artacaq

Tarix 19.01.25, 21:29

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağındakı “Alfa” paltformasında hasilat bərpa olunub.

AzFakt.com layihənin operatoru BP-Azərbaycan şirkətinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, hasilatın bərpası bu gün mümkün olub.

Qeyd edək ki, yanvarın 10-da platformadan Səngəçal terminalına kondensat nəql edən boru kəmərində yaranan texniki problemə görə hasilat dayandırılmışdı.

Hasilatın dayandırılması Azərbaycandan Avropaya qaz ixracının azalmasına səbəb olub. Bolqarıstan və Serbiyaya qaz nəqli xüsusilə azaldılmışdı.

BP-Azərbaycan-dan verilən məlumata görə, “Şahdəniz Alfa” platformasından hasilat və ixrac əməliyyatları mərhələli şəkildə gücləndirilir və “bu, daha bir neçə gün çəkəcək”:

“Biz SOCAR və digər tərəfdaşlarla yaxından işləməyə, planlarımızı və fəaliyyətimizi onlarla əlaqələndirməyə davam edirik”.

Qeyd edək “Şahdəniz”də qaz və kondensat hasilatı Mərhələ 1 çərçivəsində Şahdəniz Alfa platformasından və Mərhələ 2 çərçivəsində Şahdəniz Bravo platformasından həyata keçirilir. Burada qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.

Azərbaycanın 10 Avropa ölkəsi ilə qaz təchizatı müqaviləsi var: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya və Şimali Makedoniya. Bu ölkələrdən üçü ilə - İtaliya, Yunanıstan və Bolqarıstanla sabit tədarük həcmilə uzunmüddətli müqavilələr, qalanlarıyla isə dəqiq alış həcmi olmayan müqavilələr imzalanıb.



Xəbərin oxunma sayı : 262




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap