“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü - FOTO

Tarix 14.04.25, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


Dünən axşam saatlarında Abşeron rayonunun Fatmayı kəndində qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü Həşimov İftixar Nizami oğlu Fatmayı bələdiyyəsinin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Fatmayı sakini Kənan Məmmədov saxlanılıb.

Den.az-ın məlumatına görə, İ.Həşimov dünən oğlu ilə birgə Fatmayıya gedib və burada bir qrup şəxslə münaqişə baş verib. Bu zaman İ.Həşimov avtomobillə K. Məmmədovun maşınını vurub. Kənan da bıçaqla 52 yaşlı kişiyə hücum edib.

Hadisə zamanı Kənan Məmmədovun idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Maşının aldığı zərbənin təsirindən alovlanması və ya K.Məmmədov tərəfindən qəsdən yandırılması hələlik məlum deyil.

Qeyd edək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov ötən ilin 1 iyun tarixində 23 yaşında yol qəzasına düşərək dostu ilə birgə həlak olub.



Xəbərin oxunma sayı : 1396




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap