“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Məşhur milyarder “Epşteyn işi“ üzrə ifadə verdi: İlginc etiraflar

Tarix 11.06.26, 13:01

Font ölçüsü : - / +
bitmap-img6


Milyarder Bill Qeyts ABŞ Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) Nəzarət Komitəsinin üzvlərinə Cefri Epşteynin cinayətləri barədə heç bir məlumatı olmadığını bildirib. O, həmçinin Epşteynin onu təzyiq altında saxlamaq üçün şəxsi həyatı, o cümlədən evliliyindəki xəyanətləri ilə bağlı məlumatlardan istifadə etməyə çalışdığını diqqətə çatdırıb.

Bu barədə CNN məlumat yayıb.

"Mən heç vaxt Epşteynin davam edən cinayət əməllərinə şahid olmamışam və ya bu barədə hər hansı bir əlamət görməmişəm. Onun adasına, rançosuna və ya Floridadakı evinə heç vaxt getməmişəm. Heç kimə zərər verməmişəm. O, şəxsi münasibət qurmağa çalışsa da, mən bu məsələdə maraqlı olmamışam və heç vaxt qarşılıq verməmişəm. Epşteynin mənim şəxsi həyatım, o cümlədən evliliyimdə xəyanət etməyim barədə həssas məlumatlar əldə etdiyini öyrəndim. Bu hadisələrin Epşteynlə olan əlaqələrimlə heç bir aidiyyəti yox idi, lakin ailəm üçün ağrılı idi", - deyə Qeyts çıxışında qeyd edib.

Məşhur milyarder Epşteyn işi üzrə ifadə verdi: İlginc etiraflar

Məqalədə qeyd olunub ki, Qeyts Epşteynlə 2011-ci ildə tanış olduğunu və onun qlobal səhiyyə üçün milyardlarla dollar toplaya biləcəyinə söz verdiyini deyib:

"Epşteynin əvvəllər hüquqi problemlərlə üzləşdiyini bildiyimi xatırlayıram, lakin onun törətdiyi cinayətlərin miqyasını tam anlamamışdım. Mən lazım olan diqqəti göstərmədən bu tanışlığı qəbul etdim".

O, Epşteynlə təmaslarını məhdud olduğunu və bu əlaqələrin 2014-cü ilin dekabrında tamamilə kəsildiyini söyləyib.

"Microsoft"un həmtəsisçisi həmçinin ifadəsində iddia edib ki, Epşteyn onların əlaqəsi kəsildikdən sonra yenidən münasibət qurmaq üçün xəyanətləri barədə bildikləri və bunun üzərinə əlavə etdiyi bir çox yalanlarla ona təzyiq göstərməyə çalışıb.

"Bu cəhdi uğursuz oldu, lakin bu, onun öz məqsədlərinə çatmaq üçün mənimlə olan təmaslarından necə istifadə etməyə çalışdığını göstərir. Mən Epşteynlə ümumiyyətlə heç vaxt görüşməməli idim", - Qeyts qeyd edib. O, Epşteynlə görüşməsinin onun tərəfindən "ciddi düşüncə səhvi" olduğunu vurğulayıb.

CNN qeyd edir ki, Qeytsin qapalı qapılar arxasında verdiyi ifadə bu il Cefri Epşteynin sənədlərinin dərci ilə milyarderin mərhum cani ilə əlaqələri barədə sualların yaranmasından sonraya təsadüf edir. Komitənin 15-ci müsahibəsi olan bu dindirmə indiyədək baş tutan ən səs-küylü çıxışlardan biri olub. Saatlarla davam edən qapalı görüşdən sonra "Microsoft"un həmtəsisçisi jurnalistlər və etirazçıların əhatəsindən çıxaraq ərazini tərk edib.



Xəbərin oxunma sayı : 355




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap