“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına “stop“ qoyuldu

Tarix 09.07.26, 20:08

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda tikinti sektorunda fəaliyyət göstərən biznesmenin oğlunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, Gürcüstan vətəndaşı olan biznesmen Şöhrət Əliyevin oğlu, 1990-cı il təvəllüdlü Nəsimi Şöhrət oğlu Əliyevlə bağlı məhkəmə qərar qəbul edib. O, 2024-cü ildə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərarı icra etməməkdə ittiham olunur.

Məhkəmə qərarına əsasən, Nəsimi Əliyevə məxsus "Lexus LX 570", "Audi RS 7" və "BMW M4" markalı, müvafiq olaraq "SA", "EG" və "EV" dövlət qeydiyyat nişanlı avtomobillərin satışından əldə edilən vəsait boşandığı həyat yoldaşı R.T. ilə 1/2 nisbətində bölünməlidir.

Lakin qərarın qəbulundan bir ildən artıq vaxt keçməsinə baxmayaraq, məhkəmə qərarı Nəsimi Əliyev tərəfindən icra olunmayıb.

Məhkəmə iclasında bildirilib ki, biznesmen Şöhrət Əliyev də oğlunun öhdəliyinə görə keçmiş gəlininə hər hansı ödəniş etmək niyyətində deyil. Bunun səbəbi kimi keçmiş gəlinin onun barəsində müxtəlif dövlət orqanlarına, o cümlədən polis və vergi orqanlarına şikayət etdiyi göstərilib.

Həmçinin qeyd olunub ki, borclunun daimi yaşamaq məqsədilə ölkəni tərk etmək niyyəti yoxdur. Bildirilib ki, atası Gürcüstan vətəndaşı olsa da, Şöhrət Əliyev Azərbaycanda yaşayır, biznes fəaliyyəti ilə məşğuldur və Qarabağda tikinti işləri həyata keçirir.

Məhkəmənin hökmü ilə Nəsimi Əliyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Qərardadın dərhal icra olunması barədə göstəriş verilib.



Xəbərin oxunma sayı : 391




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap