“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Ərzağın qiyməti 60 faiz bahalaşıb” - Əli Əsədov səbəbini açıqladı

Tarix 09.12.22, 14:04

Font ölçüsü : - / +
bitmap-img6


Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Azərbaycan üzrə ərzaq və dərman qiymətlərinin artmasının səbəbini açıqlayıb. 

AzFakt.com-un məlumatına əsasən, baş nazir Rusiya-Ukrayna müharibəsi səbəbi ilə dünya iqtisadiyyatında cərəyan edən mənfi tendensiyaları diqqətə çatdırıb. 

"Qlobal təchizat zəncirində qırılmalar müşahidə edilir, dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzə qalıb. Bu proseslər Azərbaycana da təsir edir, inflyasiya təzyiqlərini artırır. İnflyasiya nəticəsində Azərbaycanda ərzağın qiyməti 60 faiz bahalaşıb”, - deyə o əlavə edib. 

Dərman vasitələrinin bahalaşmasına gəlincə, Əli Əsədov deyib ki, ölkədə son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub. 

"Bu da ümumi dərmanların cəmi 2 faizidir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Ona görə də, bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Onu da deməliyəm ki, Azərbaycanda həyati vacib əhəmiyyətli dərmanların təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur. Mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər öz ehtiyacları üçün lazım olan miqdarda dərman vasitələrini ölkəyə gətirə bilərlər”, - deyə baş nazir bildirib.



Xəbərin oxunma sayı : 1003




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap