Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Aprelin ilk 15 günü çətin olacaq“ - Fransa Baş naziri

Tarix 29.03.20, 12:27

Font ölçüsü : - / +
bitmap-img6


“Sizə açıq və aydın şəkildə demək istəyirəm: döyüş hələ indi başlayır".“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Eduar Filipp Parisdəki mətbuat konfransında ölkədə koronavirusla bağlı yaranmış vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, aprelin ilk 15 günü sona çatmaqda olan mart ayının ikinci yarısından da çətin olacaq.

Mətbuat konfransında iştirak edən Fransanın Səhiyyə naziri Olivye Veran hökümətin xəstəxanaların epidemiya ilə mübarizə imkanlarını gücləndirmək üçün reanimasiya şöbələrində çarpayıların sayını 5 mindən 14-14,5 minə çatdırmaq niyyətində olduğunu söyləyib.

Son məlumatlara görə, Fransada son sutka ərzində 319 nəfər virusdan ölüb. Bununla da koronavirusun bu ölkədə öldürdüyü insanların ümumi sayı 2 314 nəfərə çatıb.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 37 575 nəfərə çatıb, 17 620 nəfər xəstəxanalara yerləşdirilib. Reanimasiya şöbələrində 4 273 xəstə var. Sağalanların sayı 6 624 nəfərdir.

Dünən Fransada əhalinin təcrid olunması rejimi aprelin 15-dək uzadılıb, bu müddətin daha da uzadılma ehtimalı yüksəkdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 664 min nəfəri keçib, 30 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Xəbərin oxunma sayı : 547




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap