“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“ASAN xidmət” 4 gün işləməyəcək - Vətəndaşların nəzərinə!

Tarix 03.07.20, 22:48

Font ölçüsü : - / +
bitmap-img6


COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 4-5 iyul 2020-ci il tarixində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində yalnız www.asan.gov.az saytı və 108 “Çağrı” Mərkəzi üzərindən müvafiq tarixlər üçün öncədən növbə götürmüş vətəndaşlara xidmət göstəriləcək. Eyni zamanda sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər. Qeyd olunan tarixlərdə 108 “Çağrı” Mərkəzi və “ASAN xidmət” mobil tətbiqi vasitəsi ilə müvafiq mərkəzlər üçün onlayn növbələr verilməyəcək.

11, 12, 18, 19 iyul tarixlərində isə qeyd olunan mərkəzlərdə qeyri-iş günü olacaq. 

Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.



Xəbərin oxunma sayı : 1942




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap