“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Belarus HHQ ötən gecə Ukraynanın hava hədəflərini məhv edib“ - Lukaşenko

Tarix 10.08.24, 14:36

Font ölçüsü : - / +
bitmap-img6


Belarus Ukrayna hava hədəflərini məhv edib.

APA "BelTa"ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, Ukrayna qüvvələri dünən gecə Belarusun hava məkanını pozub və buna cavab olaraq bu ölkənin havadan müdafiə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

"Dünən saat 18:10-da Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri döyüşə hazırlıq vəziyyətinə keçiblər. Ukrayna Silahlı Qüvvələri Belarus Respublikasının hava məkanını şərq istiqamətində, bizə çox yaxın olan Kostyukoviç bölgəsində pozub", - deyə Belarus Prezidenti bildirib.

"Hədəfləri tutmaq üçün vertolyot və MLRS silahları da yüksək hazırlıq vəziyyətinə gətirilib. Saat 19:04-də 1.5 km və 6,5 km məsafədə hava hücumundan müdafiə qüvvələri Belarus ərazisi üzərində bir neçə hədəfi məhv edib. Gecə və bu gün səhər saatlarında məhv edilən hədəflərin axtarışı aparılır".

Aleksandr Lukaşenko bildirib ki, Belarusun Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrin Baş Qərargahına dövlətin təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib: "Biz Ukraynaya hər hansı bir təxribatın cavabsız qalmayacağı barədə məlumat verdik".



Xəbərin oxunma sayı : 1264




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap