“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Bu layihə geniş ixracat imkanları açır“ - Dövlət başçısı

Tarix 21.01.21, 17:16

Font ölçüsü : - / +
bitmap-img6


"Son illər Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər çox müsbət məcrada inkişaf edir".

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında keçirilən görüşdə bildirib.

“Elə yüksək səviyyədə qarşılıqlı səfərlərin cədvəlinə nəzər salmaq kifayətdir. Son 3 ildə iki ölkə prezidentlərinin 5 qarşılıqlı səfərini görürük. Bu səfərlər çərçivəsində 50-dən artıq sənəd imzalanıb. Tarix boyu bütövlükdə imzalanmış 100-dən artıq sənədin yarısı son üç ilin payına düşür. Sevindirici haldır ki, bu sənədlərin hamısı icra olunur. Bu gün imzaladığımız sənəd Xəzərin karbohidrogen sərvətlərinin istifadəsində yeni səhifə açaraq həm ölkələrimizin, həm də qonşularımızın enerji təhlükəsizliyinin daha da güclənməsinə gətirib çıxaracaq. Bu layihə həm də geniş ixracat imkanları açır”, - dövlət başçısı vurğulayıb.



Xəbərin oxunma sayı : 1054




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap