“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Çempionlar Liqası:“Mançester Siti” və “Lion” 1/4 finala yüksəlib

Tarix 08.08.20, 1:07

Font ölçüsü : - / +
bitmap-img6


Çempionlar Liqasının 2019/20 mövsümü bərpa olunub.

5 aylıq fasilədən qitənin ən nüfuzlu klub turnirində 1/8 finalın baş tutmayan cavab oyunları start götürüb.

İngiltərədə “Mançester Siti” İspaniya çempionu “Real”ı qəbul edib. Madriddə qələbə qazanan Premyer Liqa təmsilçisi evdə də rəqibindən üstün olub. Rəqib müdafiəçilərin kobud səhvlərindən yararlanan “şəhərlilər” 1/4 finala yüksəlib.

Günün digər matçı Turində keçirilib. “Yuventus” öz meydanında “Lion”u sınağa çəkib. Fransada minimal hesabla uduzan İtaliya çempionu evdə erkən qola üzülüb. Kriştiano Ronaldo iki qol vuraraq komandasına əzmkar qələbə qazandırsa da, bu, mərhələ keçmək üçün yetərli olmayıb. “Lion” səfər qolu sayəsində “Yuventus”u mübarizədən kənarlaşdırıb.

Bu oyunlardan sonra Portuqaliyada təşkil olunacaq 1/4 finalın daha bir cütü müəyyənləşib. “Mançester Siti” və “Lion” avqustun 15-dəki matçda üz-üzə gələcək. Avqustun 12-də “Atalanta” (İtaliya) – PSJ (Fransa), ertəsi gün “Leypsiq” (Almaniya) – “Atletiko” (İspaniya) cütlərinin üz-üzə gələcəyi öncədən bəlli idi. Sonuncu cüt isə avqustun 8-dəki matçlardan sonra bəlli olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsi avqustun 8-dəki iki matçla yekunlaşacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları

 “Yuventus” (İtaliya) – “Lion” (Fransa) – 2:1
Qol: Ronaldo, 43 (pen.), 60 – Depay, 10 (pen.)
Baş hakim: Feliks Zvayer (Almaniya)
Turin. “Yuventus” stadionu
İlk oyun – 0:1

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) – 2:1
Qol: Sterlinq, 9, 69 – Benzema, 28
Baş hakim: Feliks Brix (Almaniya)
Mançester. Şəhər stadionu
İlk oyun – 2:1

(Apasport.az)



Xəbərin oxunma sayı : 6322




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap