Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Fələstinlilər Qəzzaya qayıtmamalıdırlar” - Tramp

Tarix 06.02.25, 8:20

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp fələstinlilərin Qəzza zolağından ərəb ölkələrinə daimi köçürülməsini dəstəkləyir.

Bu barədə Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Tramp Misir və İordaniyanın fələstinliləri qəbul etməyə razılaşacağına əminliyini ifadə edib:
“Onları qəbul etməyəcəklərini deyirlər, mən isə deyirəm ki, edəcəklər. Amma mən həmçinin düşünürəm ki, başqa ölkələr də buna razı olacaqlar. Qəzza zolağında hər şey dağıdılıb və orada yaşamaq mümkün deyil. Baxanda görünür ki, Qəzzada son onilliklərdə baş verənlərin hamısı ölümdür. Bu, illərdir davam edir, ölümdən başqa bir şey deyil. Biz insanları əbədi olaraq yaxşı evlərdə məskunlaşdırmaq üçün gözəl bir yer ayıra bilərik ki, orada onlar xoşbəxt ola bilərlər, orada Qəzzada olduğu kimi güllələnməyəcək, öldürülməyəcək, bıçaqlanmayacaq. Düşünürəm ki, insanlar Qəzzaya qayıtmamalıdırlar, orada xoşbəxt deyildilər. Cəhənnəmdəki kimi yaşayırdılar. Onlar üçün Qəzzaya qayıtmamaq, təhlükəsiz olacaqları gözəl alternativ yerdə yaşamaq daha yaxşı olardı. Fələstinlilərin Qəzza zolağına qayıtması onların ölümü demək olacaq”.



Xəbərin oxunma sayı : 1174




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap