“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Heç vaxt bu qədər jurnalist həbsdə olmayıb“ - Qulu Məhərrəmli

Tarix 22.07.24, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli 22 İyul Milli Mətbuat Günü ilə bağlı paylaşım edib.

Professor paylaşımında həbsdə olan jurnalistlərin say çoxluğuna diqqət çəkib:

“Son illərdə Milli Mətbuat Günü qeyd olunan vaxtlarda heç zaman bu qədər jurnalist həbsdə olmayıb. Amma bu il həbsxanalarda sıxlıqdır, müxtəlif motivlərlə (qaçaqmalçılıq və s.) xeyli jurnalist tutulub.



Ələsgər Məmmədli kimi dürüst və parlaq media hüquqçusu (toplum TV), Hafiz Babalı kimi istedadlı jurnalist-analitik, Sevinc Vaqifqızı kimi reportyor (hər ikisi abzas.az) neçə vaxtdır həbsdədirlər.

Onlardan başqa Müşfiq Cabbar, Əli Zeynalov (toplum tv), Əziz Orucov, Şamo Eminov (kanal 13), Ülvi Həsənli, Nərgiz Absalamova, Elnarə Qasımova (abzas media) da məhz jurnalist fəaliyyətlərinə görə həbs olunublar.


Jurnalistləri polis (DİN) həbs edib, özü də iddialara görə əsassız olaraq. Əlbəttə, biz polisin ölkədə ictimai asayişi qorumaq sahəsindəki fəaliyyətini təqdir edirik, amma “jurnalist ovu”nu bəyənmirik. Ona görə də Milli Mətbuat Günündə həbsdəki bütün günahsız jurnalistlərin azadlığa buraxılmasını arzulayar və bunu misilsiz humanitar addım hesab edərdik. Jurnalistlər həbsdən azad olunsun, Allah hamısının qapısını açsın!”(BakuPost)



Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap