Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Çində qiymətlər artmır: Hakimiyyət təlaşda

Tarix 09.12.24, 22:10

Font ölçüsü : - / +
bitmap-img6


Noyabr ayında Çində istehlak qiymətləri (CPI) illik müqayisədə 0,2 faiz artıb.

Musavat.com xəbər verir ki, məlumat Çin Milli Statistika İdarəsinin (GSO) hesabatında əksini tapıb.

Bununla da onuncu aydır ki, ölkədə inflyasiya qeydə alınır. Lakin ötən ay qiymət artımı tempi iyun ayından bəri ən aşağı göstərici olub.

Trading Economics analitikləri orta hesabla 0,5 faiz artım gözləyirdilər. Ötən ay Çində ərzağın qiyməti 1 faiz artıb, qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməz qalıb. Tibbi xidmətlər 1,1 faiz, təhsil xidmətləri 1 faiz bahalaşıb.

Eyni zamanda nəqliyyat xidmətlərinin qiymətləri 3,6 faiz ucuzlaşıb.

Ərzaq və enerji xərcləri istisna olmaqla istehlak qiymətləri noyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,3 faiz artıb.

CPI indeksi ötən ay oktyabr ayı ilə müqayisədə 0,6 faiz azalıb. Bu, martdan bəri ən əhəmiyyətli azalmadır. Ekspertlər cəmi 0,4 faiz azalma gözləyirdilər.

Dövlət Statistika Xidmətinin məlumatına görə, Çində istehsalçı qiymətləri (ÜFE) noyabrda bir ay əvvəl 2,9 faiz azaldıqdan sonra illik müqayisədə 2,5 faiz daha azalıb. Artıq 26-cı aydır ki, deflyasiya müşahidə olunur.

Konsensus proqnozu 2.8 faiz azalma idi. Yanvar-noyabr aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə istehsalçı qiymətləri 2,1 faiz ucuzlaşıb.

Qeyd edək ki, inflyasiyanın indiki səviyyəsi Çin iqtisadiyyatındakı problemlərdən qaynaqlanmaqla hökuməti ciddi şəkildə narahat edir. Qiymətlərin illik azalması Çində istehlakçı tələbinin zəifləməsi fonunda baş verir ki, bu da iqtisadiyyat üçün ciddi təhlükə hesab olunur.



Xəbərin oxunma sayı : 931




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap