Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Ünvanlı sosial yardımın təyinolunma müddəti azaldıldı - Dəyişiklik

Tarix 02.06.20, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


Sosial yardımın təyin olunması müddəti azaldılıb.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, sosial yardımı almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qüvvədə olan qanuna əsasən, bu müddət 2 il idi.

Qeyd edilib ki, ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması, ailələrin bilərəkdən onların sosial yardım almaq hüququna və sosial yardımın məbləğinə təsir göstərən hər hansı məlumatları gizlətməklə sosial yardımın təyin olunmasına çalışmalarına səbəb olur. Ailənin gəlirləri dəyişkən olduğuna görə, uzunmüddətli təyinat zamanında sosial yardım işlərinə nəzarət çətinləşir, həm də ailənin gəlirində baş vermiş dəyişikliklə bağlı bilməyərəkdən məlumat verilmədikdə 1 illik məhdudiyyət tətbiq olunur. Həmçinin, aparılan monitorinqlər zamanı ailələrin qanunsuz hərəkətləri nəticəsində təyin olunmuş ünvanlı dövlət sosial yardımı işləri bəzi hallarda 1 ildən gec müddətə aşkar olunur ki, bu da dövlət büdcəsinin vəsaitinin itkisinə səbəb olur.

Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünəməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünəməşğulluğa yönləndirilməsi proqnozlaşdırılır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.



Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap