“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Qarabağ“ çox güclü komandadır“ - “Partizani“nin baş məşqçisi

Tarix 09.07.19, 23:49

Font ölçüsü : - / +
bitmap-img6


“Düzdür heyətimizə bir neçə futbolçu cəlb etdik. Onların arasında hücumçular da var. Ancaq yeni gələnlər optimal vəziyyətdə deyillər”.

Qol.az xəbər verir ki, bu sözləri “Partizani”nin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Qarabağ”la sabah keçiriləcək oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Komandasının hələ ki, istədiyi formada olmadığını bildirən italiyalı mütəxəssis “Qarabağ” haqda müsbət fikirlər səslənidirib. O, futbolçularının gücünə inandığını da əlavə edib:

“Biz “Qarabağ”ı tanıyırıq, çox güclü komandadır. Buna görə ardıcıl 6 ildir çempion olurlar. Onların bütün mövqelərdə səviyyəli oyunçuları var. Biz rəqibə hörmət edirik, ancaq öz potensialımıza da güvənirik. Komandamdan yaxşı nəticə gözləyirəm. Əlbəttə, nəticə meydanda bəlli olacaq. Biz elə oynamalıyıq ki, sanki, bir məhələdən ibarət görüşdür. Ancaq ilk 90 dəqiqəni düşünməliyik. Cavab matçı barədə fikirləşməməliyik”.

Xatırladaq ki, sabah keçiriləcək "Partizani" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 19:30-da başlayacaq. 



Xəbərin oxunma sayı : 208




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap