“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Tövbə edənlər koronavirusa yoluxmaz“ - “Seyid vəsiqəsi” verən Hacı

Tarix 27.02.20, 14:19

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələrdə bəzi dindarlar dünyanı cənginə alan ölümcül koronavirusun qiyamətin əlaməti olduğunu iddia edirlər. 

Sözügedən məsələ ilə bağlı Unikal.org “Seyid vəsiqəsi” verməklə gündəmə gələn Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun fikirlərini öyrənib. 

Hacı Mirqiyas Təhməzov koronavirusun qiyamətin əlaməti olmadığını dilə gətirib: 

“Qətiyən bu virusda qiyamətin əlaməti yoxdur. Bu virus yalnız insanların pis əməllərinin “bəhrəsidir” ki, görürük”. 

QMİ rəsmisi əlavə edib ki, dinimizdə belə bir bəlalı virusun aradan getməsi üçün dua da (ayə və yaxud surə) yoxdur:

“Bunun təkcə bir yolu var. Allaha sığınıb, tövbə etmək. Əgər insanlar pis əməllərinə görə tövbə etsələr belə bir virusa tutulmazlar. Yalan danışmaq, şərabxorluq, mərdiməzarlıq, ailəyə, başqasının namusuna sataşmağın bəlasıdır ki, gəlib boğazımıza keçib. Bu yer üzündə olan məxluqatın pis əməlinin mükafatıdır ki, Çindən başlayıb. Artıq bütün dünyanı ağuşuna alır. İranda məgər pis əməl sahibləri yoxdur? Bundan sonra da Allahın qadağan etdiyi hərəkətlərə “əməl edənlər” Yaradanın bəlasına düçar olacaqlar”.



Xəbərin oxunma sayı : 811




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap