“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Yağ bahalaşacaq, defisit yaranacaq” - Eyyub Hüseynov

Tarix 29.04.22, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


“Sumqayıtdakı “Azərsun Sənaye Parkı”nın yanması ölkədə yağ defisitinin yaranmasına səbəb olacaq”.

Bunu Oxu.Az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O, ölkədə yağın bahalaşacağını və bu məhsulun marketlərdə azalacağını bildirib:

“Yerli yağ istehsalının əsas hissəsi həmin zavodun üzərindədir. Bu, həm kərə, həm də bitki yağı seqmentinə aiddir. Zeytun yağı istisna olmaqla, bitki yağlarında xammalın əsas hissəsi xaricdən gətirilir. Məndə olan məlumata görə, onlarda kifayət qədər xammal ehtiyatı var.

Düşünürəm ki, bu, mütləq yerli yağ bazarında defisitə və bahalaşmaya səbəb olacaq. Alıcılıq tələbatı artacaq. Həm kərə, həm də bitki yağlarında bu bahalaşma hiss ediləcək”.

Məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsi ilə də əlaqə saxladıq. Qurumun PR meneceri Arzu Əliyevanın sözlərinə görə, yağ ehtiyatları bol olduğu üçün qiymət artımı mümkün deyil:

“Azərsun Sənaye Parkı”nda baş verən yanğının satış bazarına təsiri tərəfimizdən araşdırılıb. “Azersun Holdinq” MMC-dən bizə verilən məlumata görə, yağların təminatında heç bir problem yaranmayacaq. Bundan başqa, “Araz” supermarketlər şəbəkəsinin anbarında da kifayət qədər məhsul var. Yanğının qiymət artımına səbəb olması isə mümkün deyil. Hazırda rəflərimizdə yetəri qədər məhsul var və heç bir qiymət artımı müşahidə olunmur”.

Xatırladaq ki, hadisə ötən gün 17:00 radələrində baş verib. Alov təxminən beş min kvadratmetr sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində bu gün səhər saatlarında yanğın tamamilə söndürülüb.



Xəbərin oxunma sayı : 1039




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap