Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Azərbaycan Premyer Liqası: 3 klub çempionluq şanslarını itirdi

Tarix 09.03.20, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Premyer Liqasında XX turun oyunlarından sonra 3 klub çempionluq şanslarından məhrum olub.

Hazırda aşağı pillələrdə qərarlaşmış “Qəbələ”, “Səbail” və “Sabah” son 8 turdakı matçların nəticəsindən asılı olmayaraq, lider “Qarabağ”a çata bilməyəcək.

Hazırda 45 xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu autsayder “Qəbələ”ni 26 xal, 7-ci sıradakı “Səbail”i 25 xal, 6-cı yerdəki “Sabah”ı isə 24 xal qabaqlayır. Yalnız Masazır təmsilçisi 8 oyundan maksimum – 24 xal yığacağı və “Qarabağ” bütün qarşılaşmalarda uduzacağı halda, “köhlən atlar”a çata bilər. Amma bu da çempionluq üçün “Sabah”a kifayət etməyəcək. Çünki şəxsi görüşlərdə “Qarabağ” rəqibini üstələyir. İlk iki dövrədəki görüşlərdə ağdamlılar Jelko Sopiçin baş məşqçi olduğu komandanı məğlub edib – 2:0, 1:0. Üçüncü dövrədəki görüş isə qolsuz başa çatıb.

Qeyd edək ki, Premyer Liqada 2019/2020 mövsümünə mayın 10-da yekun vurulacaq. (report)



Xəbərin oxunma sayı : 217




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap