Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Günün transfer xəbərləri: Kazemiro razılıq verdi

Tarix 19.08.22, 23:48

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Jerar Romero, insayder: "Barselona" Xuan Foytla müqavilə imzalamağa çox yaxındır. “Vilyarreal” artıq ona əvəzləyici axtarır".

"Marca" nəşri: "Kazemiro "Mançester Yunayted"ə keçməyə razılıq verib".

"Sport.es" saytı: "Barselona" "Monako"nun sağ cinah müdafiəçisi Vandersonu transfer etməyə çalışacaq".

Canluka Di Martsiodan xəbərlər: 

"Yuventus" hələ də "Barselona" ilə müqaviləsini ləğv etməyən Memfis Depayı transfer etmək istəyir".

"Mançester Yunayted" İrvinq Losano, "Everton" isə Elif Elmasla maraqlanır. "Napoli" bu futbolçuları yalnız sərfəli təkliflər olacağı təqdirdə, satacaq".

"Milan" hələ də Rafael Onyedikanı transfer etməyə çalışır".

"Benevento" rəhbərliyi Daniele de Rossini komandasının baş məşqçisi kimi görmək istəyir. "Roma"nın sabiq futbolçusu bu təklifi nəzərdən keçirəcək. Daha əvvəl onunla "Piza" və "Palermo" da maraqlanırdı".

"Çelsi" yeni mərkəz müdafiəçisi ilə müqavilə bağlayandan sonra Trevo Çaloba icarəyə göndəriləcək".

Fabritsio Romano, insayder: "Bruno Gimaraynş həmişə "Real Madrid" tərəfindən yüksək qiymətləndirilib, lakin "Nyukasl" əsas oyunçusunu satmaq istəmir".

"Tranews-ENG" saytı: "Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola "Barselona"nın ciddi marağına baxmayaraq, portuqaliyalı yarımmüdafiəçi Bernardu Silvanın klubda qalacağına inanır".

Baş tutmuş transfer xəbərləri: 

22 yaşlı müdafiəçi Perr Şurs “Ayaks”dan “Torino”ya keçib.

21 yaşlı müdafiəçi Yurrien Timber "Ayaks"la müqaviləsinin müddətini 2024/2025-ci illər mövsümünün sonuna qədər uzadıb.

25 yaşlı Bulaye Dia "Vilyarreal"dan "Salernitana"ya transfer olunub.



Xəbərin oxunma sayı : 655




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap