“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

UEFA “dron məsələsi“ ilə bağlı klublara məktub göndərdi - “Qarabağ“dan açıqlama

Tarix 28.10.19, 13:31

Font ölçüsü : - / +
bitmap-img6


Bildiyiniz kimi, "Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda "Düdelanj” (4:1) ilə oyunda erməni təxribatı baş verib, dron vasitəsilə stadionun üzərinə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. 
 
Təxribatla bağlı UEFA-nın hansı tədbir görəcəyi ilə maraqla gözlənilir. 

AzFakt.com xəbər verir ki, sport7.az məsələnin nə yerdə olduğunu dəqiqləşdirmək üçün "Qarabağ" klubu ilə əlaqə saxlayıb.
 
Klubun mətbuat katibi Nurlan İbrahimov bildirib ki, "UEFA qrup mərhələsində çıxış edən klublara dron məsələsi ilə bağlı tövsiyyə xarakterli məktub göndərib:
 
"Məktubda həm dron istifadəsi ilə bağlı məlumat, həm də baş verən halların qarşısını almaq üçün diqqətli olmaq gərəkdiyi qeyd olunub. UEFA siyası məsələlərə qarışmır. Biz də öz növbəmizdə ölkəmizdə dron istifadəsinin dövlətin xüsusi mühafizəsində olduğu ilə bağlı məlumat vermişik".  

Qeyd edək ki, "Düdelanj” – "Qarabağ” matçının 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra Ağdam təmsilçisinin üzvləri meydanı tərk ediblər. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.

AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib və Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunub.



Xəbərin oxunma sayı : 523




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap