| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Müsavat başqanı:“İqtidarla dialoqa hazıram...“
Tarix 29.04.20, 23:22 |
|
Müsavat Partiyasının başqanı Arif Hacılı Yenisabah.az saytının suallarını cavablandırıb.
AzFakt.com həmin müsahibəni təqdim edir:
- Arif bəy, koronavirus pandemiyası dövründə ölkədəki ictimai-siyasi vəziyyəti, hakimiyyətin və müxalifətin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Hazırda hətta ən demokratik ölkələrdə belə, siyasi fəaliyyətin səngiməsi prosesi gedir. Bu da təbii ki, dünyanı təhdid edən koronavirus pandemiyası ilə əlaqədardır. Hətta ən demokratik ölkələr də pandemiyaya qarşı mübarizə çərçivəsində bəzi qadağalar tətbiq edib. Bu da əlbəttə ki, siyasi fəallığın azalmasına səbəb olur.
Ancaq Müsavat Partiyasi olaraq biz hələ fevral ayında pandemiyanın qarşısının alınması istiqamətində atılacaq addımlarla bağlı öz təkliflərimizi vermişik. Bu təkliflərin yerinə yetirilməsinə təkid etmişik. Bu təklifləri həm internet kanallarında çıxışlarımızda ictimaiyyətə açıqlamışıq, həm də Müsavat Partiyasının ictimailəşdirdiyi sənədlərdə bunlar öz əksini tapıb.
Təəssüf ki, hakimiyyət qadağalarla bağlı müəyyən təkliflərə müsbət yanaşaraq sərhədləri bağlasa da, ölkə daxilində hərəkəti məhdudlaşdırsa da, xalqa xidmət edilməli olan sahələrdə irəli sürdüyümüz təkliflərin demək olar ki, heç birini qəbul etmədi. Bu ağır vəziyyətdə əhalinin sosial təminatı ilə məşğul olmadı. Eyni zamanda orta və xırda sahibkarlığı sıradan çıxmaqdan xilas etmək məqsədilə hər hansı ciddi addım atılmadı. Həbsxanaların qapısı açılmadı. Bir sözlə, təəssüf ki, hakimiyyət dünya ölkələrindən mənfi təcrübələri mənimsədi. Ancaq bir çox ölkələrdə əhalinin sosial təminatı üçün müxtəlif yardım paketlərinin həyata keçirilməsi, həbsxanalarda olanların azadlığa buraxılması və digər sahələrdə mühüm işlər görülüdü. Hakimiyyət həmin işlərin heç birini Azərbaycanda tətbiq etmədi.
- Hakimiyyət 2018-ci ildən islahatlar kampaniyası elan edib və müəyyən addımlar atmaqla indiki həssas dönəmdə siyasi divident qazanmağa çalışır. Müxalifət düşərgəsində isə qarşıdurmalar səngimir. Sizcə, bu qarşıdurmaların gerçək səbəbi nədir?
- Hakimiyyət müxalifət daxilində çəkişmələrin olması üçün çox ciddi siyasi iş aparır. Eyni zamanda bu məsələ ilə əlaqədar bir çox qüvvələri prosesə cəlb edir. Həmin qüvvələr münasibətlərdə hər hansı gərginlik yarananda bunun körüklənməsində iştirak edir. Hesab edirəm ki, müxalifət qüvvələri bunu nəzərə almalıdır.
Hakimiyyətin islahatlarına gəlincə, iqtidar hər hansı islahat aparmayıb və bu barədə hər hansı niyyəti də yoxdur. Keçirilən növbədənkənar parlament seçkilərində müxalifət qüvvələrinin parlamentə buraxılmaması, bərabərhüquqlu siyasi rəqabət şəraitinin yaradılmaması, televiziya debatlarının keçirilməməsi, bizim debat çağırışlarımızın iqnor edilməsi, seçki günü əndazəni aşan qanun pozuntularına yol verilməsi, yenə də parlamentin əvvəlcədən tutulan siyahı ilə müəyyənləşməsi hakimiyyətin islahat barədə dediklərinin tamamilə mənasız olduğunu göstərir.
Sadəcə hakimiyyət müəyyən qüvvələri hərəkətə gətirərək ölkədə mövcud olan və bir qədər sonra daha da ağırlaşacaq vəziyyətin qarşısını almaq üçün müxalifət daxilində və bütövlükdə cəmiyyətdə qarışıqlıq yaratmağa çalışır. Fikrimcə, belə bir situasiyada müxalifət düşərgəsində hətta kimlərinsə haqqında haqsız iradlar irəli sürülürsə, liderlər bunu nəzərə alaraq xüsusi qarşıdurmalara getməməlidirlər.
- Əsasən 2019-cu ildən başlayaraq iqtidar komandası ciddi dəyişikliyə uğrayıb. Uzun müddət vəzifədə olan məmurlar istefaya göndərilib, icra başçılarının timsalında vəzifəli şəxslərin həbsləri həyata keçirilib və bu davam edir. Bu addımlar islahatlar kampaniyasının tərkib hissəsi kimi qiymətləndirlir. Əgər bu islahat deyilsə, o zaman baş verənlərin kökündə nə dayanır?
- Əgər parlament seçkilərində minimum şərtlərə əməl olunsaydı, əvvəllər olduğu kimi yenə də əsas müxalifət qüvvələri xəyanətdə, düşmən olmaqda suçlanmasaydı və ya vəzifələrdən çıxarılan şəxslərin yerinə təyin olunan şəxslər liberal iqtisadi və liberal siyasi münasibətlərə doğru hər hansı addım atsaydılar təbii ki, bunun islahat kimi dəyərləndirlməsi barədə danışmaq olardı. Lakin keçirilən son parlament seçkiləri bundan əvvəl baş tutan seçkilərdən heç nə ilə fərqlənmədi. Müəyyən şəxslərin vəzifələrindən azad olunmasından sonra həyata keçirilən yeni təyinatlar həm iqtisadi, həm də siyasi münasibətlərdə hər hansı mühüm dəyişikliklərə gətirib çıxarmadı. Yəni, burada əslində islahatdan deyil, daha çox yerdəyişmədən söhbət gedir. İslahatların olması üçün əvvəla, ölkədə xalqın iradəsilə formalaşan hakimiyyət strukturları mövcud olmalı, gerçək hakimiyyət bölgüsü həyata keçirilməli, ölkədə yerli özünü idarəetmə sistemi yaradılmalıdır. Müsavat Partiyası olaraq bütün bu təkifləri dəfələrlə irəli sürmüşük. “Müsavat Partiyasının seçki platfroması†adlı sənədlə ictimaiyyətə təqim etmişik. Hakimiyyətdə olanlar da bu sənədlə tanışdılar. Ancaq bütövlükdə dövlət idarəçiliyinə yanaşmada ölkənin birinci şəxsinin mövqeyi dəyişməyib. Düşünürəm ki, kadr siyasətində yenə əvvəlki prinsiplər, yəni, regionçuluq, mütilik, rəhbərə sədaqət və s. prinsiplər əsas götürülür. Və hakimiyyətdən kənarlaşdırılanlar heç də korrupsiyaya görə yox, məhz bu prinsiplərə xələl gətirən hansısa qüsurlara yol verdikləri üçün vəzifələrindən uzaqlaşdırılıb.
- Baş verənlərin siyasi sistemin yeni konfiqurasiyasının formalaşdırılması kimi izah edənlər də var. Təbii ki, söhbət hakimiyyət düşərgəsinin bu məsələlərə yanaşmasından getmir. Baxmayaraq ki, ölkə başçısı vaxtaşırı ölkədə yeni siyasi düzənin yaradılması prosesinin getdiyini bəyan edir. Müstəqil və müxalif düşüncəli ictimai-siyasi fiqurlar arasında da belə düşünənlər var...
- Bu konfiqurasiya əslində hakim elitanın slahiyyətlərini genişləndirmək və hakimiyyətini möhkəmləndirməyə xidmət edir. Bu dəyişikliklər əslində cəmiyyətin maraqlarına xidmət etmir.
- Bəs dialoq təklifinə, bu prosesin tərkib hissəsi olaraq siyasi partiyaların qeydiyyat probleminin həllinə, REAL sədri İlqar Məmmədova bəraət verilməsinə nə deyirsiniz?
- Bu da islahat adı altında seçki ərəfəsində demoqogiyanın davamıdır. Çünki heç bir siyasi partiyaya dialoq təklif olunmayıb. Konkret olaraq mənə müraciət edən şəxslər Prezident Administrasiyasının şöbə müdirinin mənimlə tanış olmaq istədiyini bildiriblər. Hansı məsələlərin müzakirə olunacağı barədə verdiyim suala da “Bu tanışlıq görüşüdür, şöbə müdiri sizinlə tanış olmaq istəyir†deyə cavab veriblər. Mən də bildirmişəm ki, kim mənimlə tanış olmaq istəyirsə, Müsavat Partiyasının qərargahına gələ bilər. Onlar da Müsavatın qərargahına gəlməyiblər. Yəni, hər hansı dialoqdan söhbət getməyib. Hakimiyyətlə müxalifət arasında dialoq hansısa partiyanın qeydə alınması, hansısa partiyanın nümayəndəsinə privilegiyaların verilməsi ətrafında ola bilməz. Siyasi partiyalar arasında, xüsusilə, iqtidarla müxalifət arasında dialoq ölkənin ümumilli məsələləri ilə bağlı ola bilər. Və biz belə bir dialoq təklifilə dəfələrlə çıxış etmişik. Şəxsən mən bir neçə dəfə İlham Əliyevə müraciət etmişəm ki, ya o özü, ya onun təyin etdiyi yüksək vəzifəli şəxslərlə ölkənin ümumilli məsələlərini müzakirə etməyə hazıram.
- Söhbət konret hansı məsələlərdən gedir?
- Təbii ki, ilk yerdə Qarabağ məsələsi gəlir. Şəxsən mən Qarabağ problemi də daxil olmaqla Azərbaycanda gerçək iqtisadi və siyasi islahatların aparılması, siyasi münasibətlərin formalaşması, bu gün aktual olan koronavirus pandemiyasına qarşı mübarizə, neftin kəskin ucuzlaşması, pandemiya dövründə iş yerlərinin bağlanması ilə əlaqədar yaranacaq iqtisadi böhranı önləmək, onun törədəcəyi fəsadların aradan qaldırılması, əhalinin düşəcəyi ağır sosial vəziyyətdən çıxış yolları və digər məsələlər ətrafında dialoqa hazıram. Bu məsələlərlə bağlı bizim konkret təkliflərimiz, proqramımız var və zaman-zaman bunun bir hissəsini ictimaiyyətə açıqlamışıq. Əgər hakimiyyətin zəruri hesab etdiyi başqa məsələlər də varsa, həmin məsələlər ətrafında da şəffaf şəkildə müzakirə aparmağa hazıram. Bu baxımdan Müsavat Partiyasının guya dialoqdan imtina etdiyi barədə fikirlərin heç bir əsası yoxdur.
- Məsələ burasındadır ki, Prezident Administrasiyasından gələn dəvəti dialoq təklifi kimi qəbul edənlər var. Müxalifət düşərgəsində bu məsələyə fərqli yanaşmanın səbəbi nədir?
- Bu sualı Prezident Administrasiyasının tanışlıq dəvətini dialoq hesab edənlərə verin. Yenə də deyirəm, mənə deyilib ki, şöbə müdiri sizinlə tanış olmaq istəyir. Digər tərəfdən, bu görüşlərdə siyasi partiyaların qeydiyyatı, qərargah problemi və s. bu tipli texniki, eyni zamanda şəxsi məsələlər ətrafında müzakirə aparılıb. Bu görüşlərin heç birində Azərbaycanın ümumilli msələləri müzakirə mövzusu olmayıb. Yeri gəlmişkən, Azərbaycanın ümumilli məsələləri gerçək siyasi partiyalarla müzakirə edilə bilər. Azərbaycanda səhv etmirəmsə, 55-ə yaxın qeydiyyatdan keçmiş partiya var. Mən 30 ildir aktiv siyasətlə məşğulam amma bu partiyaların heç 10 faizinin adını bilmirəm. Yəni, Azərbaycan cəmiyyətinin bu partiyaların mövcudluğundan xəbəri yoxdur. Hər dəfə hansısa məsələlər ortalığa hakimiyyət qeydiyyatdan keçmiş bütün partiyaları prosesə cəlb edir. Bu da əslində konstruktiv mövqe deyil və daha çox imitasiya yaratmaq məqsədi daşıyır. Ümumiyyətlə, hakimiyyətin bütün sahələrlə bağlı siyasəti xeyli dərəcədə imitasiya xarakteri daşıyır. Bu, istər demokratiya məsələsi, istər sosial vəizyyətin yaxşılaşması, istər işsizlik probleminin həlli, istərsə də iqtidar- müxalifət münasibətlərinin qurulması olsun. Əlbəttə ki, Müsavat Partiyası bu prosesdə iştirak edə bilməz.
- Belə çıxır ki, görüşə qatılan digər müxalifət partiyaları imitasiya prosesinin aktorlarıdır?
- Bu barədə sualları o partiyalara verərsiniz. Mən yalnız Müsavat Partiyasının adından çıxış edirəm və bildirirəm ki, Müsavat dialoq adı altında keçirilən imitasiya prosesində iştirak edə bilməz. Müsavat Partiyasının başqanı olaraq Azərbaycan hakimiyyətini qeyd etdiyim problemlər ətrafında müzakirələr aparmağa, dialoqa çağırıram.
Xəbərin oxunma sayı : 868
Müsahibə
Xəbərlər
-
“Nə məsafə saxlanılır, nə də təhlükəsizliyə əməl edilir“ - VİDEO
-
Azərbaycanda “qreçka“nın qiyməti kəskin bahalaşa bilər - Səbəb
-
Vüqar Musayevin rəhbərlik etdiyi şirkət işçilərin pulunu vermir - VİDEO
-
BDU-da tələbələrin tədris imkanı məhdudlaşıb? - VİDEO
-
Neft Fondunda yoxlama: nöqsanlar üzə çıxdı
-
Abşeronda narkotik əməliyyatı - 8 nəfər saxlanıldı + Video
-
“Ona deyə bilərdim ki, səndən xoşum gəlmir” - Tramp
-
Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır - Ekspert
-
Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı - İtaliya ilk sıradadır
-
Hesablama Palatasında yeni şöbə yaradılıb - Müdir təyin edilib
-
Bu evlər iqtisadiyyata milyonlarla manat zərər vurur - Əmlak amnistiyası GÜNDƏMDƏ
-
Avropada 1,6 trilyon avroluq büdcə davası - liderlər razılaşa bilmirlər
-
“Naxçıvan camaatının dərdinə kimsə şərik çıxmır” - Novella Cəfəroğlu
-
Market sahibi saxta iş yerləri yaratdı - DSMF-ə 22 min manat ziyan dəydi
-
Bu il əti xaricdən 4, kərə yağını 10,2, düyünü isə 1,6 manata almışıq - Siyahı
-
Azərbaycanda ən yaşlı ali rütbəli vəzifəlilər kimlərdir? - ADLAR
-
Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Atası və ögey anasına hökm oxundu
-
Hibrid avtomobillərin idxalı kəskin azalıb - Qiyməti isə artıb
-
Almaniyada işləmək istəyənlərə fürsət: 4200 avroyadək maaş
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
-
Putin və Paşinyan Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər - Peskov
-
Xam nefti Hindistana 110, Portuqaliyaya 77 dollara satmışıq - Siyahı
-
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
-
“TikTok“da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı
-
Sənədsiz evlərə çıxarışla bağlı amnistiya təklif edildi - “2026-cı il tarixi qərarlar üçün fürsətdir”
-
Büdcəni razılaşdıra bilmirlər - Liderlər 2 düşərgəyə bölündü
-
Vilyam Hacıyev azadlığa buraxıldı - Məhkəmədən qərar
-
ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib - SEPAH
-
Bu il tibbi xidmətlərin qiymətlərində artım baş verib - QİYMƏTLƏR
-
“Vergi cəlladı“nın kadrı Gəncə Neft Bazasını necə talayıb? - Pərvin Əhmədov haqqında inanılmaz iddialar
-
Azərbaycanda QHT-lərlə bağlı qanun dəyişdi - Yenidən qeydiyyata alınacaqlar
-
Generalın qızını məhkəməyə vermişdi - İşdən çıxarıldı
-
Türkiyədən Monteneqroya sərt cavab: 18 illik vizasız rejim ləğv edildi!
-
ABŞ Konqresində “FİFA işi“ sürətlənir: Tramp və Kuşnerin adı hallanır
-
Bakıda XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - Nələr müzakirə edildi?
-
Messi həmin matçda oynayacaq - Ronaldo hələ cavab verməyib
-
Putinə verilən suallar süni intellektlə hazırlanır - Peskov açıqladı
-
ATMU-da nə baş verir? - Universitet rəhbərliyi araşdırmaya başladı
-
Dövlət xəstəxanalarında KT və MRT problemi: Şikayətlər var
-
“Prezident İlham Əliyevə söz vermişdim ki...“ - Estoniya XİN rəhbəri Bakıda nələr dedi?
-
Vahid Ələkbərovun şirkəti “Şahdəniz“dən çıxır - Nə baş verir?
-
Doğuş zamanı körpə öldü, həkim sənədləri saxtalaşdırıb - Ali Məhkəmədən qərar
-
Prezident Estoniya XİN rəhbərini qəbul etdi - FOTOLAR
-
Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ
-
“Tanqo üçün iki nəfər lazımdır” - Trampdan sülh mesajı
-
Bakıda yumurta çörək qiymətinə satılır - VİDEO
-
Avropaya vizasız gedə biləcəyik? - Azərbaycan üçün yeni imkan
-
Tanınmış aparıcının evinə 15 nəfərlik basqın: Saxlanılan şəxsin kimliyi məlum oldu - VİDEO+FOTO
-
Neft oğurluğu yüksək vəzifəlilərin başını yeyəcək - Müşavir
-
Binanın həyətində su anbarının üst paneli çöküb - TƏHLÜKƏ/VİDEO
-
Xətai rayonunda binanın bir bloku istiliksiz qalıb - Səbəb nədir?/VİDEO
-
Artıq ödənilmiş tibbi sığorta haqları bu qayda ilə geri qaytarılacaq - VİDEO
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Tramp Rutte ilə görüşdü - Ukrayna və İranı müzakirə etdilər
-
Ata evi uğrunda bacı-qardaş savaşı: Qanun nə deyir?
-
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı
-
İtaliya hələlik Aİ-nin çoxillik büdcəsini dəstəkləməyəcək - Meloni
-
Qaradağda narkotik əməliyyatı keçirilib - VİDEO
-
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi verirdi - Saxlanıldı
-
Məhkəmə qərarı var, amma ev boşaldılmır: 30 illik qalmaqal
-
Şirkət rəhbəri həbs olundu - Hovuzlu evlər vəd edirdi...
-
Vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Nüfuz alverində təqsirləndirilirlər
-
Ermənistanda məhkəmə Nəsimi Musayevin həbs müddətini uzatdı - 3 ay
-
Bazarı bürüyən təhlükəli toyuqlar - Məşhur firma da satırmış...
-
Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - FOTO
-
“Minlərlə insan evə qayıdacaq” - Ən böyük əsir mübadiləsinin vaxtı açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sərdar gözünün içinə qədər yalan deyir, Siyavuş da bilir!“ - Sabir Rüstəmxanlı
-
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
-
Bağçalarda çalışanlara vacib xəbər - İmtahanın vaxtı dəyişdi
-
AQTA-nın yararsız məhsul tapdığı restoranda nazirlik şam yeməyinə 4 min manat xərcləyib - İLGİNC
-
Sabiq hakim 4 696 manatlıq pensiyasından narazıdır - Məhkəmə qərarı
-
Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular
-
Eldar Əzizovun nazir müşaviri olan oğlu Bakıda yeni obyekt açıb - FOTO
-
Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”
-
Qusarda tenderlərin dəyişməyən qalibi - “Biznes Klas“a yeni sifariş
-
Namizəd Səfərova hökm oxundu - 7 il müddətinə azadlıqdan məhrum edilib
-
Türkiyədə müğənni həbs edildi - 9 məşhurun ölkədən çıxışına qadağa qoyuldu
-
Bu məktəblərin direktorları dəyişdi - TAM SİYAHI
-
Vilayət Eyvazov Masallıda qəbul keçirəcək - Bu tarixdə
-
Sərxoş halda komando hərbçisini vurub öldürmüşdü - Bu cəzanı aldı
-
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
-
Tehrana xüsusi status verilir - İran ilk ölkə ola bilər
-
Avropada böyük müharibəyə hazırlıq: 100 min hərbçiyə məktub göndərildi
-
“Onları heç vaxt bağışlamayacağam“ - Tünzalə Ağayeva
-
Mənzilə eyvandan daxil olaraq 7 yaşlı uşağı xilas etidlər - VİDEO
-
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistana getdi – Fotolar
-
Kafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı
-
Müəllim olmaq istəyənlərin nəzərinə: Vakant yer seçiminin nəticələri bilindi
-
Ali məktəblərə qəbulda vahid yanaşma - Test sistemi təkmilləşdirilməlidir
-
Konqres Pentaqona pul vermək istəmir - Ağ Evdə böyük təlaş
-
Bakıda yeni yol tikintisi üçün evlər söküləcək - VİDEO
-
Azərbaycan nefti bahalaşdı - Yeni qiyməti
-
Temperaturda tarixi rekord - Dünya həmin həddi keçdi
-
Putinin Vaşinqtona verdiyi söz üzə çıxdı – Kuşner detalları açıqladı
-
Regionlar işsiz, Bakı yüklənir - 84 faizlik statistika nəyi göstərir?
-
Hər daşının, qayasının altında bir tarix yatan ulu diyarımız
-
Abadlaşan və gözəlləşən Kəlbəcər xoşbəxt gələcəyə doğru inamla addımlayır
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Çempionlar Liqası: “Sabah“ Bakıda “Barselona“ya uduzdu
-
Maskın “Starmind“ planı təsdiqləndi: Orbitə 1 milyon peyk çıxarılır
-
Talıbova yüksək vəzifə verildi - Aparat rəhbəri təyin olundu
-
Varşavadan NATO-ya sensasiyalı təklif: Rusiya raketləri Ukrayna səmasında vurulsun
-
Azərbaycanlı milyarderin qurduğu biznes satılır - 16 milyard dollarlıq
-
Mağazasının qarşısında tullantı yandırdı, 2500 manat cərimələndi - Günahı qonşusunun üstünə atdı
-
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
-
1 milyonluq yeyintinin əmri kimdən gəlib? - “Rəhbərliyin tapşırığını icra edib“
-
Bu yaxınlarda cərimələnən “Vibrostone” böyük məbləğdə borclandı - DETALLAR
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
-
Azərbaycanda “Temu“ya qarşı aparılan araşdırma yekunlaşdı - Nəticə
-
Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb - Fotolar
-
Paşinyanın Moskvaya səfərinə hazırlıq gedir - Peskov təsdiqlədi
-
Abşeron rayonunda bu yollar təmir olunacaq - 2,8 MİLYONLUQ İŞ
-
Məhkəmə rüsumları 4 dəfə azaldılır - Kollegiya sədri
-
400 ton yararsız toyuq ətinə görə 10 il həbs cəzası verilə bilər - Vəkil
-
Avtomobilləri qarət edib özünə “iPhone 18“ aldı - Bakıda ŞOK
-
25 Noyabr Kəlbəcər Şəhəri Günü şanlı tariximizin qürurverici səhifəsidir
-
Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb - icarəçisi məşhur brenddir
-
“Nio ET 5“ 18 min, “Toyota Camry“ 18 300 manat - Hərracda daha 18 maşın satıldı
TOP 10
ARXİV






