Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Hacıqabul gölünə su kanalı çəkiləcək - VİDEO

Tarix 21.05.26, 8:15

Font ölçüsü : - / +
bitmap-img6


Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tutduğu Hacıqabul gölü indi demək olar ki, tamamilə quruyub.

İllərdir ki, göl su ilə qidalanmır. Su çatışmazlığı nəticəsində göldə balıqlar və digər canlılar demək olar ki, yoxa çıxıb və su quşları bu ərazini tərk edib. İndi burada yalnız qurumuş torpaq və susuzluğun yaratdığı  mənzərə qalıb.

Xezerxeber.az-ın məlumatına görə, hazırda gölün yenidən su ilə təmin edilməsi istiqamətində addımlar atılır. Ekoloqlar bildirirlər ki, gölün xilası mümkündür. Bunun üçün əsas məsələ Kür çayından Hacıqabul gölünə yenidən suyun verilməsidir.

Məsələ ilə bağlı Hacıqabul Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirildi ki, ölkənin ikinci ən böyük suvarma sistemi olan Şirvan suvarma kanalında yenidənqurma işlərinə başlanılıb. Kanal istifadəyə veriləndən sonra gölə su axıdılacaq.

Xatırladaq ki, vaxtilə 16.5 kvadrat kilometrlik ərazini əhatə edən göldə hər il 20 minə yaxın quş qışlayırdı. İndi isə həmin quşların nə səsi gəlir, nə də izi görünür. Ümid edək ki, bir vaxtlar canlı təbiətin ünvanı olan Hacıqabul gölü yenidən həyata qaytarılacaq.




Xəbərin oxunma sayı : 139




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap